"Azəriqaz": Son sutka ərzində 13 mln. kubmetrdən çox təbii qaz qəbul edilib
Havanın dəyişkən keçməsi ilə əlaqədar olaraq təbii qazın qəbulunda fərqlilik yaranıb. SOCAR "Azəriqaz" İstehsalat Birliyi üzrə 18 may 2023-cü il tarixində respublika ərazisində ümumi sutkalıq təbii qazın qəbulu 13 milyon 431 min kubmetr təşkil edib.
Bunu SOCAR "Azəriqaz" İB-nin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov "Açıq qapı" aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib.
Şöbə rəisinin sözlərinə görə, Bakı şəhəri və Abşeron yarımadası üzrə qəbul 9 milyon 249 min kubmetr, regionlar üzrə isə bu rəqəm 4 milyon 182 min kubmetr təşkil edib.
"Sutka ərzində ümumi qəbulun 69 faizi Bakı şəhəri və Abşeron yarımadasının, 31 faizi isə regionların payına düşür",- deyə Rasim Əhmədov bildirib.
Birliyin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək cari ilin 5 ayı ərzində Çağrı Mərkəzinə daxil olan müraciətlər barədə media nümayəndələrinə məlumat verib: "2023-cü ilin 5 ayı ərzində SOCAR "Azəriqaz" İB-nin Çağrı Mərkəzinə daxil olan müraciətlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 27946 müraciət azalma var".
Şöbə rəisinin sözlərinə görə cari ildə qaz təzyiqi və qaz təchizatı ilə bağlı 10638, qaz sızmaları ilə bağlı 324, sayğaclarla bağlı isə 6620 müraciət az daxil olub.
"Məlumat xarakterli müraciətlərin sayına gəldikdə isə bu istiqamətdə 10364 müraciət az daxil olub. Bütün bunlar SOCAR "Azəriqaz" İB tərəfindən həyata keçirilən maarifləndirmə, yenidənqurma işlərinin nəticəsidir", – deyə qurum rəsmisi qeyd edib. / banker.az
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb