"Azərkosmos" 10 il ərzində "Azerspace 1"-dən 590 mln. manat gəlir əldə edib

"Azərkosmos" Azərbaycanın ilk telekommunikasiya peyki "Azerspace-1" peykinin orbitə buraxılması ilə peyk xidmətlərinin kommersiya fəaliyyətinə başladığı 10 il ərzində 590 milyon manat gəlir əldə edib.
Bu barədə Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") publik hüquqi şəxsin 2023-cü ilin yekunlarına dair hesabatında qeyd olunub.
Bildirilib ki, 2023-cü ildə 45-dən çox ölkənin 200-dək şirkətinə telekommunikasiya, optik peyk və teleport xidmətlərimiz təqdim olunub. Bu xidmətlər sayəsində 48 milyon manat həcmində gəlir əldə edilib. Xidmətlər üzrə gəlirlilik baxımından böyük pay sahibinə malik ölkələr arasında Birləşmiş Krallıq, Lüksemburq, BƏƏ, Almaniya, Nigeriya və Pakistan ilk sıralardadır.
Telekommunikasiya peyklərinin resurslarının istifadə dərəcəsi beynəlxalq trendlərə uyğun olaraq, demək olar 80 faizdir. 2023-cü maliyyə ili ərzində "Azərkosmos" üçün ən vacib məqamlardan biri də uzunmüddətli dövrdə peyk layihələri ilə bağlı xarici valyutada götürülmüş kredit öhdəliklərinin tam ödənilməsidir. "Azərkosmos" "BNP Paribas" bankı qarşısında olan kredit öhdəliklərini yekunlaşdırıb.
Belə ki, "Azerspace-1" peykinin istehsalı üçün ABŞ-ın "Orbital Sciences" (indiki Northrop Grumman Innovation Systems şirkəti) korporasiyasına ödənişlərin maliyyələşdirilməsi məqsədilə ABŞ-ın İxrac-İdxal Bankı ilə əməkdaşlıq nəticəsində 2011-ci ildə kredit sazişi imzalanıb və ümumi məbləği 116.6 milyon ABŞ dolları olan kredit əldə edilib. 2013-2022-ci illər ərzində kredit ödənişləri heç bir gecikmə olmadan vaxtlı-vaxtında icra olunub. 2023-cü ildə kredit sazişi üzrə öhdəliklər tamamilə bağlanıb. Bu da öz növbəsində Agentliyin uzunmüddətli öhdəliklərinin yerinə yetirilməsində kifayət qədər dayanıqlı olduğunun göstəricisidir. / banker.az

Xəbərlər     Tarix: 14 iyun 2024

Oxşar xəbərlər

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind


iqtisadi xeberler 1000 manatla biznes bu gunun xeberleri dollar manat kursu valyuta mezennesi