"Azərkosmos" Afrikanın 17 ölkəsində peyk xidmətləri göstərəcək
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") və qlobal peyk operatoru "Intelsat" şirkəti arasında Qərbi Afrika regionunda birgə layihələrin həyata keçirilməsinə dair kommersiya müqaviləsi imzalanıb.
Bu barədə nazirlikdən məlumat verilib.
Müqaviləyə əsasən, "Intelsat" şirkəti 17 ölkəsi və 430 milyondan çox əhalisi olan Qərbi Afrika regionunda "Azerspace-2" peykinin resurslarından istifadə etməklə müştərilərinə mobil şəbəkələrdə nəqletmə xidmətləri təqdim edəcək.
"Azerspace-2" peykinin imkanlarından istifadə edərək "Intelsat" şirkəti Afrika regionunda xidmət coğrafiyasını daha da genişləndirəcək. "Azerspace-2" peykinin əhatə dairəsi Afrikanın əlçatmaz ərazilərində belə mobil şəbəkə və telekommunikasiya xidmətləri üçün olduqca əlverişlidir", – məlumatda deyilir.
"Peyk xidmətləri bazarında qlobal partnyorumuz olan "Intelsat" şirkəti ilə əməkdaşlığımız Afrikada mobil və data xidmətlər üzrə həyata keçirdiyimiz kommersiya layihələrində bizə geniş imkanlar açacaq", – "Azərkosmos"un sədr müavini Fuad Aslanov bildirib.
"Intelsat"ın Biznesin inkişafı və şəbəkə tərəfdaşlıqları üzrə vitse-prezidenti Adam Troy qeyd edib ki, "Azərkosmos" Afrika regionunda yüksək keyfiyyətli peyk xidmətləri təmin edən "Intelsat"ın mühüm və üstünlük verilən tərəfdaşı olmaqda davam edir: "Biz "Azərkosmos" ilə "Azerspace-2" peykinin orbitə buraxıldığı ildən, 2018-ci ildən bəri əməkdaşlıq edirik. Afrikadakı müştərilərimizin ehtiyaclarına uyğun xidmət vermək üçün "Azərkosmos"a etibar edirik". / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Freelance" nədir?
Az pulla hansı işi qurmaq olar?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Digital Card nədir?
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar