"Azərkosmos"un ixrac gəlirləri 44% azalıb
2022-ci ilin yanvar-avqust aylarında "Azərkosmos" tərəfindən dünyanın 36 ölkəsinə 17,2 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44.1% azdır.
Banker.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesabatına istinadən xəbər verir.
Bu ilin təkcə avqust ayında isə "Azərkosmos" dünyanın 33 ölkəsinə 2.1 mln. dollar dəyərində xidmət ixrac edib.
"Azərkosmos"-un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 83%-ni təşkil edib.
Hesabat dövründə peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 4.4 mln. dollar ilə Birləşmiş Krallıq, 3.5 mln. dolları ilə Fransa, 2.9 mln. dollar ilə Lüksemburq, 1.6 mln. dollar ilə BƏƏ və 956.7 min dollar ilə Pakistan qərarlaşıb.

Anar Əliyev: Məqsəd sahibkarı cərimələmək deyil, risklərin qarşısını almağa kömək etməkdir
EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
ZARA-nın uğur hekayəsi
Biznes təlimlər və tədris üsulları
Dünyanın ən bahalı restoranları
Necə Bitcoin almaq olar?
Bitcoin nədir?