"Azərlotereya" "Heydər Əliyev ili" çərçivəsində - TƏDBİRLƏR KEÇİRƏCƏK
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə "Azərlotereya" ASC müxtəlif tədbirlər keçirəcək.
FED.az xəbər verir ki, "Heydər Əliyev ili" çərçivəsində idmanın inkişafı, sağlam və aktiv həyat tərzinin təbliği məqsədilə "Azərlotereya" ASC-nin əməkdaşlarının Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən "Heydər zirvəsi"nə yürüşü təşkil olunacaq. Yürüşdə media nümayəndələri və influnserlərin də iştirakı nəzərdə tutulur.
Bundan başqa, yubiley ili çərçivəsində "Azərlotereya" yerli universitetlərə qəbul imtahanı zamanı ən yüksək bal toplamış 10 abituriyentə xüsusi təqaüdün verilməsini, eyni zamanda ətraf mühitin və təbii ehtiyatların qorunması naminə ölkəmizin yaşıllaşdırılmasına töhfə vermək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə işğaldan azad olunmuş ərazilərdə ağacəkmə aksiyasını həyata keçirtməyi planlaşdırır.
Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək
Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə
Azərbaycanda restoranların dövriyyəsi 8% artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir
"Sea Breeze" yeni şirkət yaratdı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Qırğızıstan Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək və ikitərəfli ticarət dövriyyəsini artırmaq niyyətindədir. Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub. xəbər veri