"Azərsun Holding" 35 milyona Cəbrayılda limonad zavodu tikir –300 iş yeri - ABDOLBARI GÖZƏL AÇIQLADI
Oktyabrın 3-də Cəbrayıl şəhərində "Azərsun Holding" MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməli qoyulub.
FED.az xəbər verir ki, prezident İlham Əliyevin iştirak etdiyi tədbirdə "Azərsun Holding" şirkətinin Müşahidə Şurasının sədri Abdolbari Gözəl istehsal kompleksi haqqında məlumat verib.
"Azərsun Holding"in sahibi bildirib ki, zavodda qazlı və qazsız su, soyuq çay, soyuq qəhvə, limonadlar, təbii meyvə şirəli içkiləri istehsal ediləcək. Müəssisə ildə 250 milyon PET şüşə, 350 milyon alüminium tənəkə qutu içki istehsal edəcək.
Bildirilib ki, yeni zavod Azərbaycandan valyuta axınının qarşısının alınmasına töhfə verəcək, eləcə də burada alternativ enerji mənbələrindən istifadə olunacaq.
Tam istehsal gücü ilə fəaliyyətə başladıqdan sonra kompleksdə Cəbrayıl şəhərinə qayıdacaq 300-ə yaxın sakinin işlə təmin edilməsi nəzərdə tutulur.
Alkoqolsuz içkilərin istehsalı kompleksinin istismara verilməsi üçün ilkin mərhələdə 35 milyon manat həcmində investisiyanın qoyuluşu nəzərdə tutulur.
Prezident İlham Əliyev kompleksin təməlini qoydu.
Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi
Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, "Azərbaycan Respublikasını
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin
Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək
Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd
"Sea Breeze" yeni şirkət yaratdı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə