"Bağışlama Andı"nın 15 ili: Baffet və Qeytsin klubuna neçə milyarder qoşulub?

2010-cu ilin iyununda Bill Qeyts, Melinda Qeyts və Uorren Baffet tarixdəki ən genişmiqyaslı xeyriyyə təşəbbüsünü — "Bağışlama Andı"nı (The Giving Pledge) başlatmışdılar. CNBC yazır ki, bu üçlük öz sərvətlərinin böyük hissəsini xeyriyyə məqsədlərinə yönəltməyə söz verdi və digər milyarderlərə də həyatda ikən və ya ölümündən sonra sərvətlərinin azı yarısını ianə etməyi təklif etmişdilər.
İlk iki ayda "Bağışlama Andı"na ABŞ-ın 40 ən varlı ailə və fərdi şəxs qoşuldu. Onların arasında Maykl Blumberq və Devid Rokfeller kimi adlar da vardı.
O vaxtdan bəri təşəbbüsə qoşulanların payı azalıb. Siyasi Tədqiqatlar İnstitutunun (IPS) son hesabatına görə, 2010-cu ilin sonuna qədər ABŞ-dakı milyarderlərin 14%-i, yəni 57 nəfər "Bağışlama Andı"na imza atmışdı. Hazırda isə ümumilikdə 256 nəfər, cütlük və ailə bu təşəbbüsün iştirakçısıdır. Onların arasında 110 amerikalı milyarder də var. Forbes hesablamalarına görə, bu, ABŞ-dakı milyarderlərin təxminən 12%-ni təşkil edir.
2010-cu ildən bəri hər il andı qəbul edən milyarderlərin sayı da azalıb. Hətta pandemiya dövründə — 2020-ci ildə belə, təşəbbüsə cəmi 12 yeni iştirakçı qoşulub. 2024-cü ildə bu rəqəm rekord səviyyədə — cəmi 4 nəfər idi. 2025-ci ilin mayında isə vəziyyət bir qədər yaxşılaşaraq 11 yeni adın qoşulması ilə nəticələnib.
Təşəbbüsün effektivliyi sual altındadır. IPS hesabatında "Bağışlama Andı" "yerinə yetirilməmiş və yerinə yetirilməsi çətin təşəbbüs" adlandırılıb. İndiyədək yalnız bir cütlük — Con və Lora Arnoldlar — vədlərini tam şəkildə yerinə yetirib.
"Bağışlama Andı"nın nümayəndəsi isə IPS hesabatını "yanıldıcı" adlandırıb və institutun natamam məlumatlardan istifadə etdiyini, həmçinin "xeyriyyəçilik fondlarına edilən mühüm ianələri nəzərə almadığını" bildirib.
Eyni zamanda, müşahidəçilər qeyd edirlər ki, bu təşəbbüs varlı insanlar arasında xeyriyyəçilik anlayışına uzunmüddətli təsir göstərib. Bəzi milyarderlər, xüsusilə də gənc nəsil, özlərini Qeyts və Baffetlə eyniləşdirmək istəməsələr də, bu, onların ianə etmədiyi anlamına gəlmir.
"İmpakt investisiya" və ənənəvi xeyriyyəçiliyə alternativ modellər xüsusilə texnologiya milyarderləri arasında getdikcə populyarlaşır. Məsələn, Oracle şirkətinin rəhbəri Lerri Ellison vəsiyyətini dəyişərək vəsaitini qeyri-kommersiya təşkilatlarına deyil, texnoloji araşdırmalara yönəldib.
Milyarder və risk kapitalı investoru Mark Andriessen isə hesab edir ki, texnoloji innovasiyaların tətbiqi və bu prosesdə şəxsi sərvət qazanmaq — özü-özlüyündə artıq filantropiyadır.
Bill Qeytsin yaxın 20 il ərzində demək olar ki, bütün sərvətini ianə etməklə bağlı son açıqlaması "Bağışlama Andı"na yeni nəfəs verə bilər. Mütəxəssislər hesab edirlər ki, hələ bəlli deyil — bu təşəbbüs zamanla öz aktuallığını itirəcək qapalı bir klub kimi qalacaq, yoxsa daha böyük bir hərəkatın başlanğıc nöqtəsinə çevriləcək. / banker.az

Maraqlı     Tarix: 07 oktyabr 2025

Oxşar xəbərlər

Nepal və Tibetdə dağıdıcı selə nə səbəb olub?

Mənbə: . Hadisə Azərbaycandan minlərlə kilometr uzaqda, Himalay dağlarının Nepal və Çin sərhədində baş versə də, bu cür təbii fəlakətlərin necə yarandığını və bir-biri ilə necə əlaqəli olduğunu anlamaq coğrafi baxımdan mühü

"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi

Süni intellekt şirkəti Anthropic-in əməkdaşı Ceykob Kokson (Jacob Coxon) süni intellektin "real güc və resurslar əldə edə biləcək fövqəlinsan sistemlərə çevrilə biləcəyini" iddia edərək şirkətdən istefa verdiyin

Ötən il Qərbi Kaspi Universiteti 5 milyon manata yaxın mənfəət əldə edib

Qərbi Kaspi Universitetinin 2025-ci ildə ümumi gəlirləri 14 milyon 172,5 min manat, vergitutma məqsədləri üçün mənfəəti isə 4 milyon 963,1 min manat təşkil edib. Universitetin təqdim etdiyi mənfəət vergisi bəyannaməsind

Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir

Çin şirkətləri on il əvvəl elektrik avtomobilləri sektoruna sürətlə daxil olmuşdular. İndi isə elektromobil bazarında sərt rəqabət fonunda artımın zəifləməsi onları humanoid robotlar (insanabənzər robot) sahəsinə yönəldir

iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?

iPhone 17 Pro Max-ın 6,9 düymlük 120 Hz ekranı, A19 Pro çipi, üç 48 MP-lik arxa kamerası və 39 saata qədər video izləmə müddəti Apple-ın rəsmi texniki məlumatlarında göstərilir. ABŞ-da başlanğıc qiyməti 256 GB üçün 1 19

Süni intellekt qlobal kapital dövriyyəsini necə işə saldı: 2008-ci il böhranı təkrarlana bilərmi?

Dairəvi maliyyələşdirmə modeli süni intellekt bumunu sürətləndirir, eyni zamanda dünya iqtisadiyyatındakı disbalansları dərinləşdirir. Bu mənzərə qlobal maliyyə böhranı ərəfəsindəki vəziyyəti xatırladır. . Müəlliflər: Şo

Sibirdə şübhəli hadisə taunla bağlı narahatlığı artırıb – xəstəlik haqqında nə bilirik?

— Taun tarixdə ən çox qorxu doğuran xəstəliklərdən biridir və on milyonlarla insanın ölümünə səbəb olmuş pandemiyalarla yadda qalıb. Bu gün insanlarda taun hallarına nadir rast gəlinir və adətən antibiotiklərlə müalicə olun

Apple-dan tarixi təqdimat: İlk qatlanan iPhone Duo, iPhone 18 Pro, yeni Watch və AirPods modelləri təqdim edildi

Apple sentyabrın 9-da Kaliforniyanın Kupertino şəhərində yerləşən Apple Park-da "Surprise and shine" adlı illik məhsul təqdimatını keçirib. Tədbir həm şirkətin tarixində ilk qatlanan iPhone-un nümayişi, həm də sentyabrı

"Landau" sərhədləri aşdı – Özbəkistanda 2 yeni məktəb

Azərbaycanın "Landau Education Group" təhsil şirkəti Özbəkistanda iki yeni məktəb açıb. xəbər verir ki, avqustun 23-də Özbəkistanda "Landau" adına iki STEAM (Science, Technology, Engineering, and Mathematics


iqtisadi xeberler iqtisadiyyat xeberleri investisiya depozit faizleri dollar manat kursu