Bakı Ali Neft Məktəbində "Huawei" şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Bakı Ali Neft Məktəbində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbində (BANM) Çin Xalq Respublikasının "Huawei" şirkətinin Kompüter şəbəkələri laboratoriyası istifadəyə verilib.
Açılış mərasimində çıxış edən BANM-in rektoru Elmar Qasımov laboratoriyanın Bakı Ali Neft Məktəbi və "Huawei" şirkəti arasında 2019-cu ildə yaradılmış əməkdaşlıq çərçivəsində şirkətin dəstəyi ilə qurulduğunu vurğulayıb. Ali Məktəblə birgə fəaliyyət göstərən "Huawei" ICT Akademiyasının dərslərinin də bu laboratoriyada tədris olunacağı bildirilib.
Bakı Ali Neft Məktəbində SOCAR-ın Kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynova laboratoriyanın açılmasının SOCAR rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini, rəqəmsallaşmanın SOCAR-ın 2035-ci ilədək Korporativ Strategiyasında şirkətin prioritet inkişaf istiqamətlərindən biri olduğunu qeyd edib. Aygün Hüseynova ötən il SOCAR nümayəndə heyətinin Çin Xalq Respublikasına səfərini məmnunluqla xatırladaraq, səfər çərçivəsində bir sıra görüşlərin keçirildiyini, o cümlədən "Huawei" rəhbərliyi ilə səmərəli danışıqların aparıldığını diqqətə çatdırıb.
Çıxış edən Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin müşaviri Din Tao ölkələrimiz arasındakı münasibətlərin sürətli inkişafından, Çin şirkətlərinin Azərbaycandakı fəaliyyətindən bəhs edib.
"Huawei" Azərbaycan şirkətinin baş meneceri David Hyu laboratoriyanın fəaliyyətə başlamasını uğurlu əməkdaşlığın bariz nümunəsi kimi dəyərləndirib.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq BANM-də yaradılan bu laboratoriya şəbəkələr, şəbəkə proqramlarının əsasları və informasiya təhlükəsizliyi üzrə dərsləri tədris etmək üçün mühüm platformadır.
Bakı Ali Neft Məktəbində Bakı Ali Neft Məktəbində Bakı Ali Neft Məktəbində Bakı Ali Neft Məktəbində / marja.az

Maraqlı     Tarix: 18 mart 2024

Oxşar xəbərlər

Meta "Muse Spark 1.3" süni intellekt modelini istifadəyə verib

"Meta Platforms" indiyədək hazırladığı ən güclü süni intellekt modeli kimi təqdim etdiyi "Muse Spark 1.3"ü istifadəyə verib. Marja xəbər verir ki, Şirkətin Süni İntellekt üzrə Baş direktoru Aleksandr Van

Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar

Təhsil müddətində dəyişiklik gündəmdədir – 3 illik bakalavr modeli təklif olunur. "Bakalavr üzrə dörd illik ixtisasların bəzilərini üçillik etmək olar". Bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransınd

Cənubi Koreya süni intellektə 880 milyard dollar yatırır: bu investisiyalar ölkənin yüksək texnologiyalar lideri statusunu möhkəmləndirə biləcəkmi?

Cənubi Koreya süni intellekt və yarımkeçiricilərə böyük məbləğdə investisiya qoymağa hazırlaşır. "Üç meqalayihə" çərçivəsində 880 milyard dollarlıq sərmayə planı açıqlanıb. Ölkə artıq HBM də daxil olmaqla mühü

İqtisadi modellər niyə artıq işləmir?

Gələn ay 90 yaşı tamam olacaq nüfuzlu iqtisadçıdan nə öyrənmək olar?. Bu gün mərkəzi banklar tətbiq etdikləri tədbirlərin nə dərəcədə effektiv olduğunu anlamağa çalışarkən qaçılmaz sual ortaya çıxır: uğursuzluqların səbəb

İlon Maskın gələcəklə bağlı baxışı

İlon Mask öz etirafına görə, müasir dövrün Kassandrasıdır: o, gələcəyi bir çoxlarından daha yaxşı proqnozlaşdırır, lakin insanların ona inanmamasına məhkumdur. "İnsanlar anlamırlar ki, danışdığım hər şey gec-tez ba

Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

"Nvidia"nın baş direktoru Censen Huanq verdiyi müsahibədə 2030-cu ildə dünyanın sonunun gəlmə ehtimalının sıfır faiz olduğunu bildirib. "Nvidia Corp."un baş direktoru Censen Huanq süni intellektin bəşəriyyə

Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır

Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrin sayı son 10 ildə təxminən 4 dəfə artaraq 360 mini keçib. Tələbələrin bir qismi seriallarda gördüyü mədəniyyətə maraq göstərdiyi, digərləri isə təhsil xərclərini nəzər

"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi

Süni intellekt şirkəti Anthropic-in əməkdaşı Ceykob Kokson (Jacob Coxon) süni intellektin "real güc və resurslar əldə edə biləcək fövqəlinsan sistemlərə çevrilə biləcəyini" iddia edərək şirkətdən istefa verdiyin

"Landau" sərhədləri aşdı – Özbəkistanda 2 yeni məktəb

Azərbaycanın "Landau Education Group" təhsil şirkəti Özbəkistanda iki yeni məktəb açıb. xəbər verir ki, avqustun 23-də Özbəkistanda "Landau" adına iki STEAM (Science, Technology, Engineering, and Mathematics


iqtisadi xeberler leobank kart birbank rubl mezenne en son xeberler