Bakı-Supsa kəməri ilə indiyədək nəql edilən neftin həcmi açıqlanıb
Bakı-Supsa və ya Qərb İxrac Boru Kəməri (QİBK) istismara veriləndən bu ilin 1 aprel tarixinədək kəmər vasitəsi ilə 100 mln. ton neft nəql olunub.
Bu barəd SOCAR-ın "Facebook" sosial şəbəkəsində etdiyi paylaşımda bildirilir.
"25 il öncə bu gün Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Bakı-Supsa neft ixrac boru kəməri istifadəyə verilib", – paylaşımda bildirilir.
Qeyd edək ki, QİBK başlanğıcını Səngəçal terminalından götürüb, Gürcüstanın Supsa terminalına qədər uzanır. Bu kəmər "Əsrin müqaviləsi" imzalanandan sonra Azərbaycanın qısa müddətdə yaratdığı neft ixracı sisteminin ayrılmaz bir hissəsidir.
Kəmərin tikintisinə Azərbaycan və Gürcüstan arasında 1996-cı ilin martında imzalanmış Hökumətlərarası Sazişdən sonra başlanıb. İnşaat işləri 1998-ci ilin noyabrında başa çatıb. Supsada ilk dəfə neft 1999-cu il aprelin 8-də gəmilərə yüklənib. Aprelin 17-də isə kəmərin rəsmi açılış mərasimi keçirilib
Kəmərin ümumi uzunluğu 829.6 km-dir (Azərbaycan – 456.4 km; Gürcüstan – 373.2 km), boru xətti dağlarda, hətta 1190 metr yüksəkliyə qalxır. Gəmiyükləmə qabiliyyəti 600 min bareldən 1 mln. barelə qədərdir. / banker.az
Tələbələrin kirayə dərdi: Mənzillər bahalaşır!
Yeni tədris ilinin başlamasına az vaxt qaldıqca, tələbələrin kirayə mənzil axtarışı da sürətlənib. Artıq indidən münasib qiymətə ev tapmaq istəyənlərin sayı artsa da, bazarda təklifin məhdud olması qiymətləri yüksəldir. Bi
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Almaniya Azərbaycandan neft alışını artırıb
Azərbaycan Almaniyaya 956 min 716,48 ton xam neft ixrac edib. xəbər verir ki, bu mövcud ilin yanvar-oktyabr aylarına dair göstəricilərdir. İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin 10 ayı ilə müqayisədə 9,3 % çox, dəyər
Ağ Ev, süni intellekt qanun layihəsinə qarşı çıxır
Ağ Ev rəsmiləri Nvidia-nın Çin və digər rəqib ölkələrə süni intellekt çipləri satışını məhdudlaşdıran qanuna qarşı çıxır. xəbər verir ki, Ağ Ev rəsmiləri Nvidia Corp.-un Çin və digər rəqib ölkələrə süni intellekt çiplərini
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Azərbaycan böyük həcmli mis ixracına başlayıb
İlin ilk 9 ayında xaricə 16 066 ton mis ixrac olunub və bunun dəyəri 29,9 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə cəmi 729,8 ton həcmdə, 1,47 milyon dollar dəyərində mis ixrac edilmişdi. Beləliklə, həcim üzrə artı