"Bakı Yod" ASC ləğv edilir – SƏBƏB

Vaxtilə Azərbaycanın tanınmış müəssisələrindən olan "Bakı Yod" ASC ləğv edilir.
Broyler şirkəti səhmdarlarına - DİVİDEND ÖDƏYƏCƏK
FED.az xəbər verir ki, iyulun 4-də Səhmdər Cəmiyyətin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
İclasda müəssisənin ləğvi və onun səhmlərinin döriyyədən çıxarılması müzakirə ediləcək.
FED.az-ın məlumatına görə, "Bakı Yod" ASC-nin ləğv edilməsi müəssisənin uzun müddət fəaliyyətsiz qalması, heç bir əmlaka və əsas vəsaitlərə malik olmamasıdır. Vaxtilə bütün öhdəlikləri dövlət tərəfindən ödənilən müəssisə hazırda faktiki olaraq yalnız kağız üzərində mövcuddur. Buna görə də onun ləğvi məsələsi müzakirəyə çıxarılıb.
İclasda müzakirə ediləcək məsələlərə aşağıdakılardır:
1. Ümumi yığıncağın gündəliyinin təsdiq olunması;
2. "Bakı Yod" ASC-nin ləğv edilməsi;
3. "Bakı Yod" ASC-nin buraxılmış səhmlərinin (qiymətli kağızların) dövriyyədən çıxarılması və ləğv edilməsi;
4. "Bakı Yod" ASC-nin təsviyəçisinin təyin edilməsi;
5. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş digər məsələlər.
Ümumi yığıncağda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
İclasın keçiriləcəyi ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 10, "Bakı Kondisioneri" ASC-nin inzibati binası. Əlaqə telefonu 0502355458

Biznes     Tarix: 12 may 2023

Oxşar xəbərlər

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu öz işinə başlayıb. xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarə

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək

Qırğızıstan Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək və ikitərəfli ticarət dövriyyəsini artırmaq niyyətindədir. Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub. xəbər veri

Azərbaycanda bazarda nöqsanlar aşkarlanıb – Sahibkar barəsində protokol tərtib edilib

Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib. Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb. xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xəta


iqtisadi xeberler bitkoin qiymeti biznes qurmaq rubl mezenne depozit faizleri