Bakıda Qırğızıstan-Azərbaycan Ticarət Palatası fəaliyyətə başlayıb – FOTOLAR

Bakıda Qırğızıstan-Azərbaycan Ticarət Palatası fəaliyyətə başlayıb – FOTOLARBu gün Bakıda Qırğızıstan-Azərbğaycan Palatası fəaliyyətə başlayıb.
FED.az xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə Qırğızıstan Respublikasının Azərbaycan və Gürcüstandakı səfiri Kayrat Osmonaliyev, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov, Qırğızıstan-Azərbaycan dostluq qrupunun rəhbəri, Milli Məclisin deputatı Musa Quliyev, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Azərbaycan və Qırğızıstanın millət vəkilləri, iş adamları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, ofisi "Babək Plaza" biznes mərkəzində yerləşən Qırğızıstan Azərbaycan Ticarət Palatasının rəhbəri Azərbaycanın tanınmış iş adamı, "Zəfəroğlu" şirkətlər qrupunun rəhbəri Zəfər Məmmədovdur. 
Tədbirdə Qırğızıstan məhsulları və nemətləri, investisiya və turizm imkanlarının nümayiş olunduğu "show-room" da nümayiş olunub.
Tədbirdə çıxış edən millət vəkili, Azərbaycan-Qırğızıstan Dostluq Qrupunun rəhbəri Musa Quliyev son dövrlər Azərbaycanla Qırğızıstan arasında əlaqələrin sürətlə inkişaf etdiyin bildirib. Millət vəkili Azərbaycan və qırğız xalqlarının qardaş olduğunu xatırladaraq, bildirib ki, ölkə prezidentlərinin səyləri və imzalanan ikitərəfli müqavilələr ölkələr arasındakı əlaqələri daha da inkişaf etdirir.
M.Quliyev Azərbaycan və Qırğızıstan arasında ticarət əlaqələri üzrə göstəricilərin indikindən qat-qat artıq olmasının vacibliyini qeyd edib.
Bir qədər əvvəl Azərbaycan prezidentinin Qırğızıstana səfər etdiyini xatırladan millət vəkili bildirib ki, səfərdən dərhal sonra iş adamları arasında əlaqələr aktivləşib. O cümlədən hazırda açılışı olan Qırğızıstan Azərbaycan Ticarət Palatasının rəhbəri, iş adamı Zəfər Məmmədov Qırğızıstana səfər edərək qardaş ölkənin biznes dairələri ilə əlaqələr yaradıb. 
Mərasimdə qonaqları salamlayan Qırğızıstan Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmonaliyev Qırğızıstan-Azərbaycan dostluğundan bəhs edərək, Qırğızıstanın çətin günlərində Azərbaycanın həm sahibkar olaraq, həm xalq olaraq Qırğızıstanın yanında olduğunu xatırladıb.
Səfir hazırda iki ölkə arasında qarşılıqlı ticarət göstəricilərinin 10 milyon dollarlarla ölçüldüyünü, amma bu rəqəmin 100 milyon dollara qədər böyümə imkanının olduğunu qeyd edib. Səfir bildirib ki, iş adamı Zəfər Məmmədovla bərabər Qırğızıstan-Azərbaycan Ticarət Palatasının təsisi, ofisin və "show-room"un fəaliyyətə başlaması bu imkanları reallaşdırmağa xidmət edir.
Səfəri bildirib ki, bundan sonra Qırğızıstan-Azərbaycan arasında ticari əlaqələrini inkişaf etdirmək istəyən sahibkarlar Qırğızıstan-Azərbaycan Ticarət Palatasına baş vurub bu yöndə inkişaf ilə əlaqəli təkliflərini və bacarıqlarını həyat keçirə biləcəklər.
Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev də iki ölkə arasında böyük iqtisadi potensialın olduğunu və onun reallaşmasının, ticarət göstəricilərinin yüksəlməsinin  vacibliyini qeyd edib. Onun sözlərinə görə, ölkə prezidentlərinin dostluq münasibətləri və bu sahədəki addımlarından sonra biznes dairələrin də bu istiqamətdə ciddi araşdırmaları və fəaliyyəti başlayıb. "Zəfər Məmmədovun rəhbərliyi ilə Qırğızıstan-Azərbaycan Ticarət Palatasının yaradılması və səfirin bu fəaliyyətə yüksək səviyyədə dəstəyi sayəsində bu rəqəmin artacağına əminik. Biz də Azpromo olaraq bu addımları dəstəkləyirik"- deyə Yusif Abdullayev bildirib.
Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliynin (KOBİA) sədri Orxan Məmmədov Qırğızıstan-Azərbğaycan Palatasının fəaliyyətə başlaması münasibətilə iştirakçıları təbrik edib. O həm Palatanın rəhbərliyi, həm də Qırğızıstan səfirliyi tərəfindən bu sahədə ciddi işlərin başlandığını qeyd edib. Orxan Məmmədovun sözlərinə görə, KOBİA həm Azərbaycan sahibkarlarının məhsullarının ixracatı, həm də Qırğızıstan bazarında əlaqələrin inkişafı ilə bağlı ortaq strategiyaları həyata keçirməsinə dəstək olacaq.
O Qırğızıstan-Azərbaycan ticarət əlaqələrinin əlaqələrinin inkişafı ilə bağlı KOBİA-nın Palataya dəstək verəcəyini və bununla əlaqəli də ortaq fəaliyyətə hazır olduğunu bildirib. "Ticarət Evi ölkələrimiz arasında işgüzar əməkdaşlığın inkişafına töhfə verəcək, ticarətin artmasına müsbət təsir göstərəcək", - o deyib.
Qırğızıstan-Azərbaycan Ticarət Palatasının rəhbəri, tanınmış iş adamı Zəfər Məmmədov Palatanın yaradılması ilə bağlı indiyədək görülən işlər barədə məlumat verib. Onun sözlərinə görə, ötən 2-3 aylıq müddət ərzində Qırğızıstana səfər edərək, bu ölkədəki biznes imkanlarla bağlı araşdırmalar aparıb. Palatanın yaradılması bu imkanları reallaşdırmağa, iki ölkə biznesi arasında əlaqələri yeni səviyyəyə qaldırmağa imkan verəcək. İş adamı bilirib ki, Palatanın yaradılması Azərbaycana təbbii, sağlam məhsulların idxal olunmasına, eləcə də Azərbaycan məhsullarının Qırğızıstana ixracına imkan yaradacaq.
Qonaqlar hal-hazırda iki ölkə arasında ticarət dövriyyəsinin qat-qat artması imkanının olduğunu, həm birbaşa idxal və ixrac əməliyatları, həm də, tranzit satışlarda və beynəlxalq bazara Qırğızıstan-Azərbaycan məhsullarının çıxışını təmin edə biləcəyini qeyd ediblər.
Tədbirdə bildirilib ki, yaxın gələcəkdə iki ölkə arasındakı ticarət göstəriciləri 2022-ciillə müqayisədə 2-3 dəfə, gələcəkdə isə daha çox artması mümkündür.
Tədbir Qırğızıstan nemətlərinin və turizm-investisiya imkanlarının qonaqlara təqdim edilməsi ilə davam edib.

Biznes     Tarix: 29 dekabr 2022

Oxşar xəbərlər

Azərbaycanda şirkətlər ayrıldı - NİZAMNAMƏ KAPİTALI 50 MİN MANAT AZALDILDI 

"Digital Technologies-Azərbaycan" MMC-nin (VÖEN: 1703662611) nizamnamə kapitalında dəyişiklik edilib. . Azərbaycandakı Rusiya şirkəti bağlanır – YENİ YARADILMIŞDI. biznes və maliyyə xəbərləri portalı xəbər veri

Azərbaycan şirkəti Dubaydakı şirkətə verilən borcu geri ala bilmədi – BORCU SATIŞA ÇIXARDI

Azərbaycanda böorc öhdəliklərinin satışı ilə bağlı bazar inkişaf etməkdədir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, "Aqrar Kredit" BOKT öz balansında olan debitor borcların bir hissəsini satışa çıxarıb

Uşaqlar Günü ilə əlaqədar Qarabağa səfər təşkil olunub

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Avrora Qrup ənənəvi "Azərbaycanı tanıyaq" layihəsini həyata keçirib. Şirkətin "Sosial-ictimai məsuliyyət" dəyərinə əsaslanan tədbir çərçivəsind

Bakıda test kitləri və tibbi təyinatlı plastik qablaşdırma məhsulları istehsalı müəssisəsi yaradılacaq

Azərbaycanda sayca üçüncü KOB klaster şirkəti – "Healthtech Solutions KOB Klaster Şirkəti" MMC yaradılıb. Orxan Məmmədov: "KOB-ların üçün inkişafı üçün maliyyə ekosistemi qurulmalıdır". Bu barədə -a İqtisadiyya

ATİB "Hilton Garden Inn Baku Hotel"i ilə əməkdaşlığı genişləndirir - FOTOLAR

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Birliyin üzvü Hilton Garden Inn Baku Hotelini ziyarət edib. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdar

Azərbaycanda ən çox lisenziya verilən fəaliyyət sahələri açıqlandı

İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara 2026-cı ilin yanvar-iyul ayları ərzində 1191 lisenziya,  ümumilikdə isə 20 220 lisenziya verilib. İçərişəhərdəki məşhur restoranların sahibindən narazılıq - Müqavilələri uzadılmır

"Reanda Azərbaycan" şirkətinin rəhbər heyəti "7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi"ni ziyarət edib - FOTO

Azərbaycanın aparıcı audit şirkəti olan "Reanda Azərbaycan" MMC-nin rəhbər heyəti Bakıda keçirilən "7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi"ni qonaq qismində ziyarət edib. . xəbər verir ki, Kiçik və Ort

Rusiyalı milyonçular kapitallarını xaricə çıxarır

Kremlə yaxın oliqarxlar da daxil olmaqla, Rusiyanın milyarderləri iqtisadi vəziyyətin pisləşəcəyi, bank sistemində problemlərin yaranacağı və aktivlərinin dövlətin xeyrinə müsadirə oluna biləcəyi ilə bağlı narahatlıqlar fonund

"Sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi Qaydaları" təsdiq edilib

Nazirlər Kabineti "Dövlət orqanları (qurumları) tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə və onlara dəstək infrastrukturunu təşkil edən qurumlara, həmçinin mikro, kiçik və orta sahibkarlıq subyektlərin


iqtisadi xeberler pul qazanmaq iqtisadiyyat xeberleri bitkoin qiymeti dollar kursu