Bakıda xəyanət cinayətə səbəb oldu - Yataq otağında arvadım

Bakıda xəyanət cinayətə səbəb oldu - Yataq otağında arvadımBakıda qonşusuna ağır xəsarətlər yetirməkdə təqsirləndirilən Əli Niyamovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Əli Niyamovun qonşusu Habil Nəbiyevi hansı səbəbdən xəsarətlər yetirməsi ictimaiyyətə qaranlıq qalıb.
azxeber.com xəbər verir ki, lent.az sözügedən cinayət işi üzrə materialları əldə edib.
İttihama görə, hadisə ötən il martın 13-də saat 21 radələrində paytaxtın Səbail rayonunda qeydə alınıb.
Belə ki, işdən evə qayıdan Əli Niyamov arvadı Gülnarı yataq otağında qonşusu Habil Nəbiyevlə cinsi əlaqədə olarkən tutub. Onların arasında mübahisə yaranıb. Əli Niyamov Habil Nəbiyevə əl və ayaqla, daha sonra kəsici-deşici alətlə xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Əli Niyamov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə danışan Əli Niyamov ittiham üzrə özünü qismən təqsirli bilib. O, bildirib ki, Habil qonşuluqda yaşayıb, münasibətləri əvvəllər normal olub:
"Habil hadisədən təxminən 2 ay əvvəl cəzaçəkmə müəssisəsindən amnistiya aktı əsasında azadlığa buraxılıb. O, tüfeyli həyat sürən, bir neçə dəfə törətdiyi cinayətə görə azadlıqdan məhrum olunan şəxs idi.
Bütün bunlara baxmayaraq, qonşu kimi dəfələrlə evimdə olub. Siqaretə, pula və digər ehtiyaclarına görə yanıma gələndə ona kömək etmişəm. Lakin o, əclaflıq elədi".
Təqsirləndirilən şəxs qeyd edib ki, həyat yoldaşı Gülnar övladları öləndən sonra psixoloji problemlər yaşayıb:
"Gülnar birdə görürdün yaddaşını itirir, heç kimi tanımırdı. Hətta dəfələrlə məni tanımayıb uşaqların adı ilə çağırırdı. Hadisə günü axşam saat 21:00-dək işdə olmuşam. Evin qapısını açanda sakitlik olduğunu gördüm. İçəri yataq otağına keçəndə Habilin həyat yoldaşım Gülnarla cinsi əlaqədə olduğunu gördüm. Həmin vaxt ani şok vəziyyətinə düşdüm. Habilin üzərinə atıldım və əlbəyaxa oldum. Ona əlimlə, ayağımla zərbələr vurdum. Şokda olduğumdan əlbəyaxa olan zaman onu neçə dəfə və necə vurduğumu xatırlamıram".
Əli Niyamov bildirib ki, Habil onun əlindən çıxaraq evdən qaçmağı bacarıb:
"Özüm də hələ şokdan ayılmadım. Yavaş-yavaş özümə gəldim, su içərək sakitləşdim. Sonra Habilin yaxınlıqda olan evinə getdim, anasını çağıraraq onu soruşdum. Anası onun evə gəlib, sonra harasa getdiyini bildirdi. Məndən nə olduğunu soruşdu. Baş verənləri ona danışdım. Habilin anası əli ilə dizinə, başına vuraraq oğlunu söydü. Sonra mənə yalvardı ki, bu barədə polisə deməyim. Çünki Habil cəzaçəkmə müəssisəsindən təzə çıxmışdı. Yenidən həbsxanaya qayıtmasını istəmirdi. Anasına hadisə barədə polisə xəbər verməyəcəyimi bildirdim.
Qarşılığında mənim də barəmdə polisə məlumat verməmələrini xahiş etdim. Anası razılaşdı. Sonra mən evə getdim. Bir saatdan artıq müddət keçdikdən sonra təcili yardım avtomaşınının səsini eşitdim. Çölə çıxanda maşının Habilin yaşadığı evə tərəf getdiyini gördüm. Onun yaşadığı evə gedəndə Habilin yarıçılpaq vəziyyətdə uzadıldığını, sinə və qarın nahiyəsində vurduğum zərbələrin təsirindən iki xəsarətin olduğunu gördüm. Başında da xəsarətlər vardı. Həkim Habilin təzyiqini ölçdü, təzyiqin sürətlə aşağı düşdüyünü bildirərək ölə biləcəyini dedi. Onu xəstəxanaya aparacaqlarını dedilər və apardılar. Həmin vaxt həkim nə olduğunu soruşdu. Bu barədə heç nə deyən olmadı. Yoldaşımı səhəri gün oğlumun Masazırdakı evinə apardım, sonra öz evimə qayıtdım. Həmin gün saat 17-18 radələrində oğlanlarım Nihad və Çingizi evə çağırdım. Hər ikisinə hadisə barədə danışdım. Saat 19 radələrində evdən çıxaraq işə getdim".
Təqsirləndirilən şəxs deyib ki, hadisədən iki gün qonşular ona polis tərəfindən axtarıldığını deyiblər:
"Bu xəbəri eşidəndən sonra evə keçərək yuyundum. Yemək yeyib uzandım. Ancaq yata bilmədim. Yerimdən qalxaraq saat təxminən 12-də evdən çıxıb Masazır qəsəbəsində yaşayan oğlumun yanına getdim ki, yoldaşımın vəziyyətinin nə yerdə olduğunu öyrənim. Həmin gün orada qaldım. Martın 16-da səhər saatlarında polisdən zəng vurdular, oğlumdan məni soruşdular. Oğlum onun yanında olduğumu və məni polisə gətirəcəyini bildirdi. Sonra oğlumla birlikdə polisə gəlib təslim oldum".
Əli Niyamov sonda qeyd edib ki, Habili öldürmək niyyəti olmayıb, xəsarət yetirməkdə məqsədi psixi xəstəliyi olan arvadı ilə cinsi əlaqədə olduğu üçün cəzalandırmaq olub.
Məhkəmə istintaqı dövründə zərərçəkmiş Habil Nəbiyev vəfat edib və məhkəmədə onu anası hüquqi varis kimi təmsil edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Niyamov 5 il müddətə azadlıqdan məhrum edilib.

Xəbərlər     Tarix: 17 sentyabr 2022

Oxşar xəbərlər

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Fed İdarə Heyətinin keçmiş üzvü Kuqlerin qaydaları pozduğu meydana çıxıb

Keçmiş FED İdarə Heyətinin üzvü Adriana Kuqlerin bu yay qəfil istefa verməsindən sonra onun FED-in etik qaydalarını pozan çoxsaylı maliyyə əməliyyatları etdiyi üzə çıxıb. xəbər verir ki, hökumət sənədlərinə əsasən, məsəl

Azərbaycanın hava yüklərini daşıyan aviaşirkəti yeni təyyarələr alır

Azərbaycanın əsas avia yüklərin daşınmasınaı həyata keçirən "Silk Way West Airlines" (Silk Vey Vest Aviaşirkəti MMC) Fransa təyyarə istehsalçısı "Airbus" ilə iki əlavə "A350F" yük təyyarəsi alış

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

1100,0 min nəfər pensiyaçı qeydiyyatda olub

Dövlət Sosial Müdafiə Fondunda 2024-cü il oktyabrın 1-ə qədər olan zaman ərzində 1100,0 min nəfər pensiyaçı qeydiyyatda olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinə istinadən məlumata görə, bu da ölkə əhalisinin 10,

Cənubi Koreyada "Samsung" və "Hyundai" daxili sərmayələri artıracaq

Samsung Electronics, Hyundai Motor və digər böyük Cənubi Koreya istehsalçıları daxili investisiya planlarını açıqlayıblar. xəbər verir ki, Samsung Electronics süni intellektə tələbatın qlobal artımına cavab olaraq Pyeongtae

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Rheinmetall satışlarının 58 milyard avroya çatacağını gözləyir

Alman müdafiə sənayesi şirkəti Rheinmetall, 2030-cu il üçün satış hədəfini yüksəldərək yeniləyib. xəbər verir ki, şirkət onilliyin sonunda satışlarının təxminən 58 milyard avroya çatacağını açıqlayıb. Bu rəqəm əvvəlki 40–5


iqtisadi xeberler dollar məzənnəsi bu gunun xeberleri biznes qurmaq valyuta mezennesi