"Baktelecom" zərərdən mənfəətə keçib
"Bakı Telefon Rabitəsi" MMC ("Baktelecom") 2021-ci ili 12 milyon 254 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2020-ci ildə 13 milyon 712 min manat zərər etmişdir.
Banker.az bu barədə "Ernst and Young" holdinqin 2021-ci il üzrə hesabatına istinadən xəbər verir.
Cəmiyyətin gəlirləri, əsasən, internet və telefon xidmətləri üzrə formalaşır və 2020-ci il
ilə müqayisədə 2021-ci ilin gəlirləri 5% artaraq 81 847 min manata çatıb.
"Baktelekom"un vergidən öncəki mənfəəti 2020-ci ilə müqayisədə 2 529 min manat artaraq
4 941 min manat təşkil edib.
Qeyd edək ki, "Baktelekom"un ötən il aktivləri 133 milyon 132 min manatdan 147 milyon 430 min manata, cəmi kapitalı 103 milyon 945 min manatdan 121 milyon 837 min manata çatıb, cəmi öhdəlikləri isə 29 milyon 187 min manatdan 25 milyon 593 min manata düşüb.


Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət