Balakəndə KOB dostu - FƏALİYYƏTƏ BAŞLAYIB

Balakəndə KOB dostu - FƏALİYYƏTƏ BAŞLAYIBBalakən rayonunda KOB dostu fəaliyyətə başlayıb. Bununla da Şəki-Zaqatala iqtisadi rayonu üzrə KOB dostlarının sayı 5-ə çatıb.
FED.az xəbər verir ki, KOB dostu Balakən və ətraf rayonlarda yeni KOB subyektlərinin yaranmasına və biznesin inkişafına, sahibkarların investisiya təşəbbüslərinin reallaşdırılmasına, maraqlarının müdafiəsinə dəstək göstərəcək, biznes fəaliyyəti barədə məlumatlandıracaq. 
Balakəndə KOB dostunun fəaliyyətə başlaması ilə əlaqədar iyunun 7-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə sahibkarlarla görüş keçirilib. Aidiyyəti dövlət qurumlarının nümayəndələrinin və sahibkarların iştirakı ilə keçirilən tədbirdə sahibkarların biznesin qurulması və inkişaf etdirilməsi sahəsində ehtiyaclarına dair fikir və təklifləri dinlənilib, dövlət dəstəyi mexanizmləri, o cümlədən KOBİA-nın dəstək və xidmətləri barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. 
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev rayonda biznes fəaliyyəti barədə məlumat verib, KOB dostunun rayonda mikro, kiçik və orta biznes subyektlərinin inkişafına dəstək olacağına əminliyini qeyd edib. 
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentlik tərəfindən sahibkarlara göstərilən dəstək və xidmətlər, o cümlədən KOB dostu mexanizmi barədə danışıb. Qeyd olunub ki, hazırda ölkənin 41 şəhər və rayonunda KOB dostu ofisləri fəaliyyət göstərir. Balakən KOB dostu rayonun iqtisadi potensialından maksimum istifadə etməklə dövlət dəstəyi mexanizmləri çərçivəsində sahibkarlığın inkişafına və yeni KOB subyektlərinin yaranmasına, onların maraqlarının müdafiəsinə dəstək olacaqdır. Sahibkarlar Balakən KOB dostları ilə fəal əməkdaşlığa dəvət edilib.
Sonra Balakən KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib, sahibkarlar KOB dostunun fəaliyyət göstərəcəyi ofislə tanış olublar. Digər KOB dostu ofislərində olduğu kimi, Baləkən KOB dostu ofisində də sahibkarlara xidmət göstərilməsi, onlarla görüşlərin keçirilməsi üçün lazımi şərait yaradılıb. Burada "KOB könüllüləri" də fəaliyyət göstərəcək. 
Balakənə səfər çərçivəsində KOBİA nümayəndələri alkoqolsuz içkilər, quru meyvə, meyvə şirələri, kompot və mürəbbə istehsalı ilə məşğul olan "Balacans" MMC-yə məxsus müəssisədə olub, istehsal prosesi ilə tanış olub, sahibkarın ehtiyacları ilə maraqlanıblar. 

Biznes     Tarix: 07 iyun 2023

Oxşar xəbərlər

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Azərbaycanın "ONYX" şirkəti Koreya texnologiya bazarına birbaşa kanal açır – ŞİRKƏT "GLOBAL BUYER" STATUSU İLƏ TƏMSİL OLUNUB

Korporativ İT infrastrukturu üzrə ixtisaslaşan ONYX MMC Cənubi Koreyada keçirilən World Smart City Expo 2026-da Azərbaycanı "Global Buyer" statusunda təmsil edib və Koreya istehsalçıları ilə birbaşa tədarük danışıqların

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək


iqtisadi xeberler bitkoin qiymeti kicik biznes investisiya dollarin kursu bu gun