Balkan ölkələri Əliyev və Putinə Ərdoğan vasitəsilə MÜRACİƏT ETDİLƏR
Balkan ölkələri Ərdoğana müraciət edib.
KONKRET.az xəbər verir ki, bu barədə çərşənbə günü "Haberler" xəbər portalı Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri Vahit Kirişçiyə istinadən məlumat yayıb.
Bir neçə Balkan ölkəsinin liderləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan rusiyalı həmkarı Vladimir Putinlə görüşündə bu qış Rusiya qazının fasiləsiz tədarükü məsələsini qaldırmağı xahiş ediblər.
"Əvvəlcə biz (Ərdoğan və onu müşayiət edən heyət) Bosniya və Herseqovina, sonra Serbiya, sonra Xorvatiyaya səfər etdik. Bu ölkələrin prezidentləri, baş nazirləri və nazirləri səviyyəsində olan həmsöhbətlərimizin bizə müraciəti belə oldu: "Siz ŞƏT-in sammitində iştirak edəcəksiniz. Xahiş edirik, Putinə, eləcə də yaxşı münasibətdə olduğunuz Azərbaycan Prezidenti İlham Əliyevə deyin ki, onlar gələn qışda bizə verilən yanacaq və qazın həcmini azaltmasınlar", – Kirişçi deyib.
Xatırladaq ki, Ərdoğan sentyabrın əvvəlində Xorvatiya, Serbiya və Bosniya və Herseqovinada olub.
Qeyd edək ki, ŞƏT sammitinin sentyabrın 15-16-da Səmərqənddə keçirilməsi planlaşdırılır. Sammit çərçivəsində Türkiyə lideri Rusiya Prezidenti Putinlə görüşəcək.
Xuraman Etibarlı,
KONKRET.az

Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
Green Card nədir və onu necə əldə etmək olar?
Swift nədir?
"Freelance" nədir?
Amazonda satış etmək üçün bilməli olduqlarınız