Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıbAzərbaycanın aparıcı banklarından biri olan Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, ilin ilk doqquz ayında əsas maliyyə göstəricilərində artım qeydə alınıb, Bankın kapital mövqeyi möhkəmlənib və kredit portfeli genişlənib.
Qeyd edilib ki, əldə olunan nəticələr Bankın uzunmüddətli inkişaf hədəflərinə doğru ardıcıl irəlilədiyini göstərir. Bank Respublika müştərilərin və sahibkarların maliyyə ehtiyaclarına uyğun həllər təqdim etməklə biznes fəaliyyətinin genişlənməsinə və yeni layihələrin həyata keçirilməsinə dəstəyini davam etdirib.
2026-cı ilin ilk doqquz ayı üzrə əsas maliyyə göstəriciləri (ötən ilin müvafiq dövrü ilə müqayisədə):
·         Aktivlər 2,66 milyard manat olub ki, bu da ölkənin bank sektoru üzrə ən yüksək göstəricilərdən biridir;
·         Nizamnamə kapitalı 3 dəfədən çox artaraq 240,3 milyon manat təşkil edib;
·         Məcmu kapital 18,8% artaraq 295,88 milyon manat təşkil edib;
·         Kredit portfeli 11,5% artaraq 1,76 milyard manata yüksəlib;
·         Xalis faiz gəlirləri 16,9% artaraq 148,36 milyon manat olub;
·         Xalis əməliyyat mənfəəti 14,9% artaraq 67,3 milyon manata çatıb;
·         Xalis mənfəət 16,5% artaraq 50,29 milyon manat təşkil edib;
·         Depozit portfeli 1,1 milyard manat olub ki, bu da müştərilərin Bank Respublika-ya etimadını və onu etibarlı maliyyə tərəfdaşı kimi seçdiyini əks etdirir;
·         Xarici maliyyə institutlarından cəlb edilən vəsaitlər 15% artaraq 500 milyon manat olub
Maliyyə dayanıqlığının əsas göstəriciləri:
·         I dərəcəli kapitalın adekvatlıq əmsalı - 11,7% (normativ: 6,5%);
·         Məcmu kapitalın adekvatlıq əmsalı - 14,6% (normativ: 12,5%);
·         Leverec əmsalı - 8,81% (normativ: 5%);
·         Qeyri-işlək kreditlərin ümumi kredit portfelində payı -0,87% təşkil edib ki, bu da bank sektorunda ən aşağı göstəricilərdən biridir.
"Bank Respublika qarşıdakı dövrdə də dayanıqlı böyümə, real sektorun maliyyələşdirilməsi və müştərilərə təqdim olunan xidmətlərin inkişafı üzrə strateji prioritetlərini davam etdirəcək. Bank maliyyə dayanıqlığının qorunmasına və risklərin effektiv idarə olunmasına əsaslanaraq uzunmüddətli inkişaf imkanlarını genişləndirməyi hədəfləyir", - press-relizdə bildirilir. / marja.az

Banklar     Tarix: 15 oktyabr 2026

Oxşar xəbərlər

Kapital Bank-ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6% artıb

Ölkənin birinci bankı Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə hesabatını təqdim edib. 30 sentyabr 2026-cı il tarixinə bankın cəmi aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,4% yüksəlib və 13 milyard 919 milyo

ATB-nin xalis mənfəəti 62% artıb

ATB 2026-cı ilin doqquz ayını əsas maliyyə göstəriciləri üzrə artımla başa vurub. ATB-nin yaydığı press-relizdə bildirilir ki, Bankın xalis mənfəəti, gəlirləri, aktivləri, kredit və depozit portfelləri, eləcə də kapital

Kapital Bankın biznes kreditləri portfeli istehlak kreditləri portfelindən daha sürətlə artıb

"Kapital Bank" ASC-nin kredit portfeli son bir ildə 959,3 milyon manat və ya 17,7% artaraq 2026-cı il sentyabrın 30-na 6 milyard 391 milyon 310 min manata çatıb. Kredit portfelində ən yüksək artım biznes kreditlər

"Bank Avrasiya"nın xalis mənfəəti 30% azalıb– Maliyyə göstəriciləri açıqlandı

 "Bank Avrasiya" ASC-nin xalis mənfəəti 2026-cı ilin 9 ayı ərzində (yanvar-sentyabr) ötən ilin müvafiq dövrü ilə müqayisədə 30% azalaraq 4 milyon manata yaxın olub. Bankın aktivləri və depozit portfeli artsa da

IMF Azərbaycan Mərkəzi Bankına tövsiyələr verib

Beynəlxalq Valyuta Fondunun (IMF) texniki yardım missiyası çərçivəsində ekspertlər Azərbaycan Mərkəzi Bankında (AMB) olublar. Missiya çərçivəsində qurumda strateji planlaşdırma prosesinin təşkil edilməsi, strateji riskləri

"Bank VTB (Azərbaycan)" 9 ayı 7.7 milyon manat mənfəətlə tamamladı

"Bank VTB (Azərbaycan)" 2026-cı ilin yanvar-sentyabr aylarını 7 milyon 678 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövründə bankın xalis mənfəəti 10 milyon 490 min manat təşkil etmişdi. bu barəd

"TuranBank"ın 3-cü rübdə mənfəəti 36% artıb

"TuranBank" cari ilin yanvar-sentyabr aylarını 2 milyon 172 min manat xalis mənfəətlə başa vurub. Keçən ilin müvafiq dövründə bankın xalis mənfəəti 1 milyon 602 min manat təşkil etmişdi. Beləliklə, bankın xali

"Azərbaycan Sənaye Bankı"nın 5.4 mln. manat xalis mənfəət əldə edib

"Azərbaycan Sənaye Bankı" ASC 2026-cı ilin yanvar-sentyabr aylarını 5,43 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövründən 5,3% çoxdur. banka istinadən xəbər verir ki, xərclərin gəlirlərdən dah

Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR

Qarşıdan gələn qış fəslinin əsas meyvələrindən biri xurmadır. Müxtəlif növ xurmalar təkcə daxili bazarda deyil, xarici ölkələrə də satılır və Azərbaycanın meyvə ixracında mühüm yer tutur. Hər il ölkədə xurma bağlarından 22


iqtisadi xeberler dollar kursu leobank kart iqtisadiyyat xeberleri internetden pul qazanmaq