Bank Respublika "Smart Banking" təcrübə proqramına start verdi
İstedadların inkişafına davamlı dəstək verən Bank Respublika, analitik düşünmə qabiliyyətli, riyazi bilikli, motivasiyalı, universitet məzunu olan gəncləri "Smart Banking" təcrübə proqramında iştirak etməyə dəvət edir!
Seçim mərhələsini uğurla keçən iştirakçılar, 3 ay davam edəcək təcrübə proqramı müddətində bankın peşəkar əməkdaşları tərəfindən təşkil edilən təlimlərdə iştirak edərək nəzəri biliklərə yiyələnəcək və eyni zamanda real iş mühitində biliklərini tətbiq etmək imkanı qazanacaqlar. Bundan başqa təcrübə proqramında iştirak edən təcrübəçilərə aylıq ödəniş də ediləcək.
Proqramın sonunda təcrübə proqramını uğurla bitirən iştirakçılar "Bank Respublika"da işlə təmin olunacaq.
Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur:
-İqtisadiyyat, maliyyə, mühasibatlıq, statistika, informatika ixtisasları üzrə ali təhsil;
-Ofis proqramları və SQL üzrə biliklərin olması;
-Analitik düşünmə və fikrini səlis ifadə etmə bacarığı;
-Ünsiyyətcil olma və komandada işləmək bacarığı.
Proqrama qoşulmaq istəyənlər 01.10.2022-ci il tarixinə kimi CV-lərini mövzu sətrində "Smart banking" qeyd edərək, ünvanına göndərə bilər.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
Digital Card nədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Dünyanın ən varlı 10 müğənnisi
5 liderlik göstəricisi
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət