Bank sədri kitab yazıb - "Maliyyə iqtisadiyyatı" kitabının təqdimatı oldu

Bank sədri kitab yazıb - Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Maliyyə iqtisadiyyatı" kitabının təqdimatı keçirilib.
Universitetdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, kitabın elmi redaktoru rektor, professor Ədalət Muradov, məsləhətçisi Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbəri Zakir Nuriyev, müəllifləri UNEC-in professoru Zahid Məmmədov və Rabitəbankın İdarə Heyətinin sədri dosent Adil Hüseynovdur.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
UNEC-in professoru Zahid Məmmədovun moderatorluğu ilə keçirilən təqdimatda rektor, professor Ədalət Muradov, Milli Məclisin komitə sədri Sadiq Qurbanov, Rabitəbankın Müşahidə Şurasının sədri, ABA-nın rəhbəri Zakir Nuriyev, dövlət və özəl qurumların rəhbərləri, professor və müəllimlər iştirak ediblər.
Rektor Ədalət Muradov müasir texnologiyaların tətbiqinin universitetlər qarşısında ciddi çağırışlar qoyduğuna diqqət çəkərək, universitetlərin texnoloji şirkətlər və real sektorlarla sıx əməkdaşlığının vacibliyini vurğulayıb. Ə.Muradov kitabın tanınmış tədqiqatçı və bank sektoru üzrə tanınmış idarəedicinin birgə məhsulu olmasını nəşrin əsas üstünlüyü kimi qiymətləndirərək, müəlliflərə təşəkkürünü bildirib. O, müasir tələbələrə cavab verən nəzəri və praktiki biliklərin tələbələrə balanslı şəkildə ötürülməsində "Maliyyə iqtisadiyyatı" kitabının mühüm rol oynayacağından əminliyini ifadə edib.
Rabitəbankın Müşahidə Şurasının sədri, ABA-nın rəhbəri Zakir Nuriyev müasir çağırışlara cavab verən kitabın sadə və anlaşılan dildə yazılmasının tələbələr üçün önəmini vurğulayıb. O, tələbələrin maliyyə sahəsi üzrə bilik və bacarıqlarının artırılmasında kitabın özünəməxsus töhfələr qazandıracağını bildirib.
Kitabın həmmüəllifi, Rabitəbankın İdarə Heyətinin sədri dosent Adil Hüseynov universitet-sənaye əməkdaşlığı nəticəsində ərsəyə gələn kitabdakı mövzuların əksəriyyətinin Azərbaycanda iqtisadi ədəbiyyat üzrə ilk dəfə işlənib və tədqiq edildiyini qeyd edib. Mövzuların hazırlanması prosesində beynəlxalq təcrübədən istifadə olunduğunu, anlayışların izahlı şərhinin isə müasir Azərbaycan bank sisteminin təcrübəsinə əsaslanaraq verildiyini deyib.
Milli Məclisin Komitə sədri Sadiq Qurbanlı kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirərək, orijinallığı ilə fərqlənən kitabın maliyyə və bankçılıq sahəsi üzrə qiymətli əsər olduğunu diqqətə çatdırıb. Komitə sədri yaşıl maliyyənin günün tələbi olduğunu vurğulayaraq, yaşıl bankçılıq, yaşıl sığorta, yaşıl vergi və bu istiqamətdə digər sahələr üzrə kitabın hazırlanması təklifi ilə çıxış edib.
Təqdimat Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov, BDU-nun kafedra müdiri, professor Kamil Səlimov və digər iştirakçıların çıxışları ilə davam edib.
Bank sədri kitab yazıb - Bank sədri kitab yazıb - Bank sədri kitab yazıb - Bank sədri kitab yazıb - Bank sədri kitab yazıb - Bank sədri kitab yazıb - Bank sədri kitab yazıb - / marja.az

Maraqlı     Tarix: 24 yanvar 2023

Oxşar xəbərlər

Nepal və Tibetdə dağıdıcı selə nə səbəb olub?

Mənbə: . Hadisə Azərbaycandan minlərlə kilometr uzaqda, Himalay dağlarının Nepal və Çin sərhədində baş versə də, bu cür təbii fəlakətlərin necə yarandığını və bir-biri ilə necə əlaqəli olduğunu anlamaq coğrafi baxımdan mühü

Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

"Nvidia"nın baş direktoru Censen Huanq verdiyi müsahibədə 2030-cu ildə dünyanın sonunun gəlmə ehtimalının sıfır faiz olduğunu bildirib. "Nvidia Corp."un baş direktoru Censen Huanq süni intellektin bəşəriyyə

Satışı artıran sehrli formul

Satışları artırmaq üçün nə lazımdır? Daha böyük reklam büdcəsi? Daha çox satış əməkdaşı? Yoxsa daha çox müştəri?. Bankçılıq, Məhsulların İdarə edilməsi və həyat sığortası sahələrində qazandığım təcrübə mənə bir şeyi öyrədib

Apple bu gün yeni iPhone-ları təqdim edəcək – İlk qatlanan iPhone da gözlənilir

Apple bu gün, 9 sentyabr 2026-cı il tarixində ilin ən çox gözlənilən təqdimatlarından birini keçirəcək. Şirkətin "Surprise and shine" şüarı ilə təşkil etdiyi xüsusi tədbir ABŞ-ın Kaliforniya ştatındakı Apple Park-d

"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi

Süni intellekt şirkəti Anthropic-in əməkdaşı Ceykob Kokson (Jacob Coxon) süni intellektin "real güc və resurslar əldə edə biləcək fövqəlinsan sistemlərə çevrilə biləcəyini" iddia edərək şirkətdən istefa verdiyin

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır

ABŞ-nin texnologiya nəhəngi "Apple" şirkəti tarixində ilk dəfə sensor ekranla təchiz edilmiş "MacBook Pro" noutbukunu təqdim edib. Şirkət bununla uzun illər davam etdirdiyi sensor ekranlı noutbuklarda

Çin dolların sanksiya gücünü zəiflədir, lakin onun qlobal üstünlüyünə son qoya bilmir

2022-ci ildə Ukraynada hərbi əməliyyatların başlamasından sonra ABŞ Rusiyanı qlobal maliyyə sistemindən təcrid etməyə çalışdı. Bunun nəticəsində bir çox ekspert dolların iqtisadi təzyiq alətinə çevrilməsinin dünya iqtisadiyyatını

İlon Maskın mobil rabitə bazarını dəyişdirmək planı

Son aylarda İlon Mask uzun müddətdir reallaşdırmaq istədiyi arzusuna çatmaq üçün ABŞ-nin ən böyük telekommunikasiya şirkətlərinin rəhbərlərinə müraciət edib. Sahibkar Verizon və digər korporasiyaların rəhbərliyindən SpaceX-

AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib

"AZCON School of Engineering and Technology" – AZCON Mühəndislik və Texnologiya Məktəbinin (AZSET) ilk tələbələri ilə görüş keçirilib. Görüşdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, elm və təhsil nazir


iqtisadi xeberler telefonla pul qazanmaq depozit faizleri 1000 manatla biznes birbank