Banklar tərəfindən bu il daha 300 nəfər özünüməşğulluq proqramı iştirakçısı üçün - Kiçik Bizneslər Yaradılacaq
Prezident İlham Əliyevin həssas qrupların özünüməşğulluğuna banklar tərəfindən köməklik göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstək məqsədilə növbəti "Özünüməşğulluğa dəstək-2023" layihəsinə başlanılır.
Talış kəndində sakinlərə aktivlər verilərək kiçik təsərrüfatlar yaradılıb - FOTOLAR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Banklar Assosiasiyası arasında əməkdaşlıq çərçivəsində özünüməşğulluq proqramına dəstək məqsədilə həyata keçirilən layihəyə 23 bank qoşulub.
Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi özünüməşğulluq proqramına cəlb olunmuş şəxslərdən 300 nəfərə həmin banklar tərəfindən bu il biznes planlarına uyğun aktivlər verilərək onlar üçün kiçik bizneslər yaradılacaq.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən FED.az-a verilən məlumata görə, onlardan əksər hissəsi şəhid ailəsi üzvləri, müharibə iştirakçıları və əlilliyi olan şəxslər, digər həssas qruplardan olanlardır.
Qeyd edək ki, özünüməşğulluq proqramının genişləndirilməsində mühüm dəstək olaraq kommersiya banklarının "Özünüməşğulluğa dəstək" layihəsi üzrə 2020-2021-ci illərdə həssas qruplardan ibarət 1489 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslər yaradılıb.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Onlayn biznes növləri
Dünyanın əh bahalı brendləri - TOP-10
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Dünyanın ən varlı 10 müğənnisi