Banklarda əhalinin 70 milyon manat pulu bata bilər

Banklarda əhalinin 70 milyon manat pulu bata bilər"Günay Bank" ilə bağlı məsələ hamını təəccübləndirdi. Çünki belə məsələlər olarkən biz xarici təcrübədən də görürük ki, müəyyən ictimai rəyin və sektorun yönləndirilməsi ilə bağlı öncədən açıqlamalar olur. Biz bunu ABŞ və Avropada da görmüşük ki, hansı bankla bağlı problem olursa, rəsmi qurumlar bununla əlaqədar bazarları və əhalini sakitləşdirən açıqlamalar verirlər ki, belə bir ajiotaj yaranmasın". 
KONKRET.az xəbər verir ki, bu sözləri Yenisabah.az açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O, "Günay Bank"ın Mərkəzi Bank tərəfindən lisenziyasının ləğv edilməsindən sonra baş verə biləcək proseduraları şərh edib.
İqtisadçı deyib:
"Günay Bank"ın bir günün içində lisenziyasının ləğv edilib bağlanması o qədər də gözlənilən bir məsələ deyildi. Doğrudur, "Günay Bank" böyük bir bank, eləcə də böyük həcmdə maliyyə bazarında iştirakçı deyildi, amma hər bir halda 90-cı illərdən insanların tanıdığı bir bank idi. Belə hadisələr olanda isə ümumilikdə bank sisteminə olan güvən zəifləyir".
Ekspertə görə, bu zaman doğru yönəldilmədi:
"Yəni ictimai rəy və maliyyə sektoru öncədən buna hazırlana bilsəydi, daha yaxşı olardı. Çünki Mərkəzi Bankın bundan öncəki hesabatlarında "Günay Bank" ilə bağlı ciddi qüsurların olduğu bildirilməmişdi, hətta belə bir ehtimalın çox da yuxarı olmadığı görünürdü.
Ona görə də bu hadisə ümumilikdə bank sektoruna güvənin azalması ilə yadda qala bilər. Çünki bundan öncə, pandemiya dövründə 4 bank bağlanmışdı. Ona görə də bu hadisə ümumi bank sektoruna istər-istəməz ciddi təsir göstərəcək".
"O ki qaldı bunun səbəblərinə, bu barədə müxtəlif versiyalar var. Lakin rəsmi versiya bu idi ki, bank üzərində olan öhdəlikləri yerinə yetirə bilmirdi. Yəni bankın özü kapitallaşma ilə bağlı Mərkəzi Bankın şərtlərinə əməl edə bilmirdi. Ona görə də lisenziyası ləğv edildi.
Amma bundan öncə də "Günay Bank" ilə bağlı da müxtəlif xəbərlər yayılmışdı. Məsələn, 2018-ci ildə 100 milyon manatın bankdan yoxa çıxması ilə bağlı rəsmi olaraq cinayət işi başlanmışdı. Eləcə də 2021-ci ildə 57 milyon manatla bağlı araşdırma başlamışdı. Qısası, "Günay Bank"da idarəetmə ilə bağlı ciddi problemlərin olduğu görünürdü", – o, əlavə edib.
N.Cəfərli onu da vurğulayıb ki, "Günay Bank"da depoziti olan vətəndaşların sayı və depozitin həcmi digər banklarla nisbətdə o qədər də böyük deyil:
"Deyilənə görə, bunun təqribən 1/3-dən çoxu sığortalı əmanətlərdir və burada heç bir problem olmayacaq. Əmanətlərin Sığortalanması Fondu da qısa müddət ərzində bu vəsaitləri ya digər banklara köçürəcək, ya da vəsaitin geri qaytarılması ilə bağlı vətəndaşların müraciətinə cavab verməlidir.
Keçmiş təcrübələrə baxsaq, görərik ki, sığortalanmış əmanətlərlə bağlı problem olmur. Əsas problem sığortalanmamış əmanətlərdir. İddialara görə, 70 milyon manata yaxın da sığortalanmamış əmanət var. Burada isə ciddi problem yaşanacaq. Çünki Əmanətlərin Sığortalanması Fondu öz üzərindən bu vəsaitin qaytarılmasını ata bilər və qanuna istinad edərək deyə bilərik ki, mənim buna ixtiyarım və qanuni səlahiyyətim çatmır".
Mütəxəssis hesab edir ki, burada artıq dövlət orqanların müdaxiləsinə ehtiyac yaranacaq:
"Ya Mərkəzi Bankın özü, yaxud Maliyyə Nazirliyi və ya digər qurumlar həmin o vəsaitin geri qaytarılması ilə bağlı inzibati qərar qəbul edə bilərlər. Bunun bəzi presedentləri var. Məsələn, "Bank Standart" bağlanarkən buna bənzər presedent olmuşdu. Amma hələ də bununla bağlı rəsmi açıqlamanın olmadığını nəzərə alsaq, məbləğin nə qədər olduğu və neçə nəfəri əhatə etdiyi dəqiq bilinmir".
"Çox güman ki, digər problem də korporativ müştərilər, yəni kommersiya şirkətləri ilə bağlı yaranacaq. Çünki kommersiya şirkətlərinin hesabları sığortalanmır. Məncə, Ləğvetmə Komissiyası qurulacaq və Əmanətlərin Sığortalanması Fondu da orada iştirakçı olacaq. Habelə hansısa ləğvetmə bank və operator bank seçiləcək. Yəqin ki, onların yanaşmasından asılı olacaq və korporativ müştərilərin işi uzana bilər. Çünki onların vəsaitlərinin geri qaytarılması, yaxud başqa banka köçürülməsi ciddi zaman ala bilər. Amma təəssüf ki, zaman itkisinə görə kompensasiyalar nəzərdə tutulmayıb", – həmsöhbətimiz fikirlərini tamamlayıb.

Xəbərlər     Tarix: 18 may 2023

Oxşar xəbərlər

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb


iqtisadi xeberler pul qazanmaq dollar məzənnəsi birbank bitkoin qiymeti