Bankların kreditləşmə siyasətinin yumşalması və kreditlərə tələbin artması davam edib - SORĞU

Bankların kreditləşmə siyasətinin yumşalması və kreditlərə tələbin artması davam edib - SORĞUMərkəzi Bank tərəfindən 2023-cü ilin II rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri açıqlanıb.
Qeyd edilib ki, sorğu biznes, istehlak və ipoteka kreditləşməsinə dair tələb və təklif amillərinin qiymətləndirilməsi, o cümlədən, bankların risklərinin müəyyən edilməsi və qiymətləndirilməsini əhatə edir.
Sorğu nəticələrinə əsasən 2023-cü ilin II rübündə bankların kreditləşmə siyasətinin yumşalması və kreditlər üzrə tələbin artması davam etmişdir. Kredit standartlarının yumşalması, əsasən biznes və istehlak kreditləri üzrə müşahidə edilmişdir. Banklar 2023-cü ilin III rübündə də kreditləşmə siyasətində yumşalmaların davam edəcəyini və kredit tələbinin artacağını gözlədiklərini bildiriblər. Sektorun kredit siyasətindəki dəyişikliklər Mərkəzi Bank tərəfindən daim diqqət mərkəzində saxlanılır və müvafiq prudensial siyasət müəyyən edilir.
Hesabatda deyilir:
2023-cü ilin II rübünün kreditləşmə fəaliyyətinə dair sorğu nəticələrinə əsasən bankların kreditləşmə siyasətində yumşalma davam etmişdir. Kredit standartlarının yumşalması, əsasən biznes və istehlak kreditləri üzrə müşahidə edilmişdir. Biznes kreditləri üzrə standartlarda yumşalma mikro sahibkarlıq subyektlərinə verilən kreditlərdə, istehlak kreditləri üzrə standartlarda yumşalma isə əsasən kredit kartlarında daha nəzərəçarpan olmuşdur. Son rüb ərzində istehlak kreditləri üzrə standartlarda yumşalma davam etsə də, ötən rübə nisbətdə səngimə müşahidə edilmişdir. Məişət kreditlərinin verilmə standartlarında isə banklar sərtləşməyə getmişlər. Sorğu nəticələrinə əsasən 2023-cü ilin II rübündə kreditlərə tələb artmışdır. Artım həm biznes, həm istehlak, həm də ipoteka kreditləri üzrə müşahidə edilmişdir. Banklar növbəti rübdə də hər 3 portfel üzrə kreditə tələbin artacağı qənaətindədirlər. 
Biznes kreditləri 
Kredit siyasəti:
Bankların biznes kreditləşməsi üzrə siyasətlərində yumşalma müşahidə olunmuşdur. Yumşalma əsasən miko sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə olmuşdur. KOS və iri sahibkarlara verilən kreditlər üzrə isə yumşalma nəzərə çarpmır. 
Kredit tələbi: Cari ilin II rübündə biznes kreditlərinə tələb artmışdır. Artım mikro və KOS subyektləri üzrə verilən kreditlərdə olmuşdur. İri sahibkarlıq kreditlərinə tələbdə nəzərəçarpan dəyişiklik olmamışdır. 
2023-cü ilin III rübünə gözləntilər: 
Banklar biznes kreditləri üzrə siyasətdə əhəmiyyətli dəyişikliyin olmayacağı qənaətindədirlər. Buna baxmayaraq, 2023-cü ilin III rübündə biznes kreditlərinə tələbin artımı proqnozlaşdırılır. 
İpoteka kreditləri 
Kredit siyasəti:
2023-cü ilin II rübündə İKZF vəsaiti və bankların daxili resursları hesabına verilən ipoteka kreditləri üzrə kredit siyasətində əhəmiyyətli dəyişiklik müşahidə edilməmişdir. 
Kredit tələbi: 
Cari ilin II rübü ərzində ipoteka kreditlərinə tələb artmışdır. Artımın əsas drayveri İKZF hesabına verilən ipoteka kreditləri olmuşdur. 
2023-cü ilin III rübünə gözləntilər: 
Banklar 2023-cü ilin III rübündə İKZF hesabına veriləcək kreditlərə tələbin artacağını, lakin kredit siyasətində nəzərçarpan dəyişikliyin olmayacağını gözləyirlər.
İstehlak kreditləri 
Kredit siyasəti: 
Cari ilin II rübündə istehlak kreditlərinin təsdiqi standartlarının yumşalmasında səngimə nəzərə çarpmışdır. Ötən rübə nəzərən səngimə kredit kartları və əməkhaqqı üzrə verilən kreditlərdə daha çox nəzərə çarpmışdır. Sorğu nəticələrinə əsasən məişət kreditlərinin təsdiqi standartlarında isə sərtləşmə müşahidə edilmişdir.
Kredit tələbi: 
2023-cü ilin II rübü ərzində istehlak kreditləri üzrə tələb artmışdır. Artım əsasən məişət kreditləri üzrə müşahidə edilmişdir. 
2023-cü ilin II rübünə gözləntilər: 
Banklar cari ilin III rübündə istehlak kreditləri üzrə standartlarda yumşalmanın və tələb artımının səngiməsini gözlədiklərini bildiriblər. Sorğu nəticələrinə əsasən banklar həm standartlar üzrə yumşalmanın, həmçinin tələb üzrə artımın kredit kartları üzrə olacağı qənaətidindədirlər.
2023-cü ilin II rübü üzrə Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri ilə aşağıdakı linkdən tanış olmaq olar:
Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri / marja.az

Banklar     Tarix: 11 sentyabr 2023

Oxşar xəbərlər

Yelo Invest ilə PAŞA Bank-ın səhmdarı ol

İnvestisiya dünyasının ən son yeniliklərini müştərilərinə çatdıran Yelo Bank, ölkənin maliyyə bazarında baş verən tarixi hadisəyə – PAŞA Bank-ın İlkin Kütləvi Təklif (IPO) prosesinə qoşulub. Artıq investorlar Yelo Inves

Birbank-dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus qazanmaq şansı əldə edin

Ölkənin ilk rəqəmsal bankı Birbank, müştərilərini sevindirməyə davam edir. İndi nağd krediti onlayn əldə etmək yalnız vaxta qənaət deyil, həm də minlərlə bonus qazanmaq fürsətidir. Birbank-ın 1 may-16 iyun tarixlərini əhat

Bank Respublika "Güzəştli kreditlərin təqdim olunmasında ən fəal bank" seçildi

Bank Respublika Aqrobiznesin İnkişafı Forumunda növbəti dəfə mükafata layiq görüldü!. Bakıda "Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) v

PAŞA Bank "Caspian Agro Week" və "InterFood Azerbaijan" sərgilərinin rəsmi bank tərəfdaşı olub

Ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu ("Caspian Agro Week") və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan"

ABB-nin Özbəkistan bankının nəzarət səhm paketini alması üzrə əqdin dəyərinin 100 milyon dollardan çox olacağı proqnozlaşdırılır

ABB səhmdarlarının qərarı ilə Özbəkistanın "Davr Bank"ından nəzarət səhm paketinin alınması barədə razılıq əldə olunub. Müqaviləyə əsasən, ABB bankın 51%-ni əldə etməyi planlaşdırır. Bunu bu gün keçirilən mətbua

"Global Finance" ABB-ni yenidən ölkə üzrə "İlin ən yaxşı bankı" seçdi

Dünyanın məşhur "Global Finance" jurnalı "İlin ən yaxşı bankı" mükafatının qaliblərini müəyyənləşdirib. ABB son 6 ildə 4-cü dəfə ölkə üzrə "İlin ən yaxşı bankı" seçilib. ABB bu mükafata mənfəətliliyinə

Son bir ildə əhali tərəfindən banklara nağd $606 mln. axın olub

Azərbaycanda nağd valyuta bazarında aynalrda ABŞ dollarının satış məzənnəsində eniş davam edir. Yerli valyutadəyişmə məntəqələrində aparılan son müşahidələrə görə, dollar artıq əvvəlki səviyyələrlə müqayisədə daha aşağı kurslarl

PAŞA Bank "ZirvədəSən" təcrübə proqramı üzrə qeydiyyata başladı

PAŞA Bank karyerasını inkişaf etdirmək, real iş təcrübəsi əldə etmək və nəticəyönümlü bilik qazanmaq istəyən tələbə və məzunlar üçün "ZirvədəSən" təcrübə proqramının qeydiyyatına start verib. Proqram çərçivəsind

Oyun və əyləncə dünyasına işıq saçan yenilik – Rabitəbank "gamer"lər üçün yeni kart məhsulunu təqdim etdi

"Rabitəbank" ASC rəqəmsal innovasiyalar və yeni nəsil bankçılıq həlləri istiqamətində məhsul portfelini genişləndirərək "Gamer" auditoriyası üçün nəzərdə tutulan yeni kart məhsulunu təqdim edib. "Raha


iqtisadi xeberler internetden pul qazanmaq bu gunun xeberleri biznes krediti birbank