Fed rəsmisi: "Süni intellekt məşğulluq və qiymətlərə təsir göstərə bilər"
ABŞ Federal Ehtiyat Sisteminin (Fed) sədr müavini Filip N. Cefferson Frankfurtda keçirilən "Euro20+" tədbirində süni intellektin (Sİ) iqtisadiyyata təsirlərindən danışıb.
Cefferson Sİ-nin sürətli inkişafının məşğulluq və qiymət sabitliyinə təsirini Fed-in ikili mandatı çərçivəsində qiymətləndirdiklərini bildirib.
Biznes.az xəbər verir ki, o qeyd edib ki, ChatGPT kimi generativ Sİ alətlərinin istifadəçi sayı bir il ərzində 500 milyondan 800 milyona yüksəlib. ABŞ-da işçilər arasında Sİ-dən istifadə səviyyəsi isə 2024-cü ilin dekabrında 30,1% olduğu halda, bu ilin iyun–iyul aylarında 45,9%-ə çatıb. Sİ-dən istifadə edən işçilərin üçdə birinin bu alətlərdən hər gün istifadə etdiyi vurğulanıb. Stanford Universitetinin araşdırmasına görə, Sİ müştəri dəstəyi sahəsində çalışanların məhsuldarlığını orta hesabla 14% artırıb. Fed rəsmisi Sİ-nin bəzi iş yerlərinin itirilməsinə səbəb ola biləcəyini, lakin eyni zamanda yeni məşğulluq imkanları da yaradacağını deyib. Onun sözlərinə görə, texnologiya məhsuldarlığı artıraraq iqtisadi artımı dəstəkləyə və qiymət təzyiqlərini azalda bilər. Bununla yanaşı, məlumat mərkəzləri və ixtisaslı kadr tələbatının artması bəzi sahələrdə qiymətləri yüksəldə bilər.
Pul siyasəti baxımından Sİ-nin təsirlərinin hələ tam şəkildə görünmədiyini bildirən Cefferson, Fed-in ehtiyatlı yanaşma saxladığını qeyd edib. O, ABŞ iqtisadiyyatının mülayim artdığını, əmək bazarının soyumağa meyilli olduğunu, inflyasiyanın əvvəlki ilə yaxın səviyyədə qalıb 2% hədəfinə doğru hərəkət etdiyini vurğulayıb.
Cefferson keçən həftə faiz dərəcəsinin 0,25 bənd azaldılmasını dəstəklədiyini, bundan sonrakı qərarların isə daxil olan iqtisadi məlumatlara əsasən veriləcəyini bildirib.

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
ING AMB-nin uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılacağını gözləyir
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
Cash Back nədir?
İKEA şirkətinin tarixi
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Elon Musk kimdir?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət