"Federal hökumətin bağlanması iqtisadiyyata böyük zərər vurdu"
Ağ Evin iqtisadi müşaviri Kevin Hassett Fox Business-a açıqlamasında ABŞ hökumətinin fəaliyyətinin dayanmasının iqtisadi təsirlərinin gözləniləndən daha ağır olduğunu bildirib.
Biznes.az xəbər verir ki, Hassett qeyd edib ki, hökumətin bağlanması dövlət idarəçiliyinin səmərəliliyinə uzunmüddətli mənfi təsir göstərə bilər.
O, federal hökumət yenidən açıldıqdan sonra iqtisadiyyatda güclü bərpa gözlədiyini vurğulayıb. Hazırda isə əmək bazarının zəiflədiyini, turizm və əyləncə sektorlarının ciddi zərər gördüyünü bildirib.
Müşavir həmçinin hökumətin bağlanması səbəbindən dördüncü rübdə ÜDM artımının daha aşağı olacağını deyib. Bununla yanaşı, o, 2026-cı il üçün iqtisadi artım proqnozunun təxminən 4% olduğunu və ümumi mənzərənin "möhtəşəm" olduğunu ifadə edib.
Kevin Hassett, Federal Ehtiyat Sisteminin (Fed) faiz endirimi qərarından məyus olduğunu da vurğulayıb və qurumun siyasətdə qərəzli mövqeyə doğru getməsi ilə bağlı narahatlığını bildirib.

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Shopify-da necə satışa başlamaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes qurmaq üçün nə lazımdır?
Digital Card nədir?