"Barclays" neftin qiymətləri ilə bağlı proqnozunu aşağı salıb

"Barclays" 2023-cü il üçün neft qiymətləri ilə bağlı proqnozunu aşağı salıb, buna qismən sanksiyalar fonunda Rusiyada hasilatın gözləniləndən daha güclü olması səbəb olub.
Bankın yeni proqnozuna görə, "Brent" markalı neftin orta qiyməti 92 dollar/barel olacaq ki, bu da əvvəllər düşünülən göstəricidən 6 dollar azdır. "WTI" markalı xam neftin qiyməti ilə bağlı proqnoz 7 dollar azaldılıb və 87 dollar/barel təşkil edib.
Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.
2024-cü ildə "Barclays" proqnozlaşdırır ki, "Brent" markalı neft orta hesabla bir barel üçün 97 dollara, "WTI" isə 92 dollara başa gələcək.
"Barclays" analitikləri qlobal neft tələbi ilə bağlı proqnozu sutkada 150 min barel artırıblar. Buna COVID-19 səbəbiylə tətbiq edilən məhdudiyyətlərdən imtina edən Çində istehlakın sutkada 900 000 barel artması gətirib çıxarıb. "Barclays" hesab edir ki, 2023-cü ilin ikinci yarısında qlobal bazar gündəlik 500 min barel həcmində neft qıtlığı ilə üzləşəcək.
"Bloomberg"in sorğusuna qatılan analitiklərin fikrincə, 2023-cü ilin ikinci yarısına qədər qlobal bazar neft qıtlığı ilə üzləşəcək, bunun nəticəsində neftin qiymətləri qalxacaq və 2022-ci ilin avqustundan bəri ilk dəfə üçrəqəmli rəqəmlərə qayıdacaq.
"Goldman Sachs"ın əmtəə araşdırmalarının rəhbəri Ceff Karri "Bloomberg"ə bildirib ki, Çində anti-COVID məhdudiyyətlərinin aradan götürülməsi qlobal ehtiyat potensialını gərginləşdirərək qiymətləri dördüncü rübdə 100 dollar/barelə qədər yüksəldəcək.

Xəbərlər     Tarix: 09 mart 2023

Oxşar xəbərlər

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB


iqtisadi xeberler bitcoin qiymeti biznes qurmaq bank faizleri en son xeberler