Bayden prezident olduğu 19 ayda sələflərindən daha çox istirahət edib
ABŞ prezidenti Co Bayden Amerika lideri olduğu 19 ayda sələflərindən daha çox tətilə vaxt ayırıb.
KONKRET.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
"2021-ci ilin yanvarında Ağ Evə girəndən bəri onun Delaverdə keçirdiyi günlərin sayı 150-yə çatıb", – deyə nəşr yazıb və bunların qeyri-rəsmi hesablamalar olduğunu vurğulayıb.
Eyni zamanda respublikaçıların hesablamalarına görə, Bayden vəzifəsinin icrasına başladıqdan sonra 228 gün istirahət edib.
Məlumata görə, 45-ci prezident Donald Tramp ilk 19 ayda cəmi 132 gün, ABŞ-ın 44-cü lideri Barak Obama 38 gün, 43-cü prezident Corc Buş isə 100 gün istirahətdə olub.
"Amerikalılar inflyasiya, iqtisadiyyatdakı tənəzzül və yüksək qaz qiymətləri səbəbindən yay səyahətlərini ləğv etmək məcburiyyətində qalarkən Bayden avqustun çox hissəsini tətildə keçirir. Bayden çimərlikdən çimərliyə getməyi dayandırmalı və yaratdığı böhranları idarə etməlidir", – Respublikaçı Milli Komitəsinin sözçüsü Emma Von deyib.
Bildirilib ki, Bayden avqustun 10-da Cənubi Karolinaya tətilə gedib. Bundan əvvəl isə o, koronavirusa yoluxduğu üçün özünü təcrid etmişdi. Avqustun 16-da vergi, iqlim və sağlamlıq qanun layihəsini imzalamaq üçün bir günlük Ağ Evə qayıdıb. Daha sonra o, avqustun 24-dək qalacağı Delaverə yollanıb.
İqbal Rzayev,
KONKRET.az

AZCON Holdinq-də – YENİ TƏYİNAT
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Dropshipping nədir?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Fond birjası nədir?
Kriptovalyuta nədir və necə alınır?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası