"Bayram ərəfəsində qida məhsullarının qiyməti bahalaşır" - SƏBƏBLƏR
Artıq bir neçə aydır ölkədə ətin qiymətində bahalaşma davam edir. Son bir neçə gün ərzində isə qiymət yenidən artıb. 1 kq mal ətinin qiyməti 12 manatdan 14 manat 50 qəpiyə, qoyun əti isə 15-16 manatdan 17-18 manata qədər bahalaşıb. Bəs, görəsən, ətin qiymətinin artmasına səbəb nədir?
İqtisadçı-ekspert Eyyub Kərimli mövzu ilə bağlı KONKRET.az-ın sualını cavablandırıb. Ekspert deyir ki, ətin qiymətinin artmasına bir sıra amillər təsir göstərir:
"Ümumiyyətlə, hazırda dünyada iribuynuzlu heyvanların azalması prosesi gedir. Bunun əsas səbəblərindən biri əhalinin sayının getdikcə artmasıdır. Kənd təsərrüfatı torpaqlarının istiqamətini dəyişdirməsi də öz təsirini göstərir. Ölkədə ətin bahalaşmasının digər bir səbəbi isə mövsümi dəyişikliklərlə əlaqədardır. Yəni otlaq sahələri azalır və yem bahalaşır. Bu da iribuynuzlu mal-qaranın saxlanmasına mənfi təsir edir".
E.Kərimli bildirib ki, ölkədə ət məhsullarına tələbat da artıb:
"Xaricdən idxal edilən mal-qaranın baha olması ölkədə satılan ətin qiymətinin artmasına səbəb olub. Artıq bu, tendensiya halını alıb. Bəzi ticarətçilərin köhnə ənənələri var ki, tələb artdığı zaman təklif azalır".
Ekspert onu da əlavə edib ki, bayram ərəfəsində də qida məhsullarının qiyməti qalxır:
"Qarşıdan Novruz bayramı gəlir. Bayramqabağı ölkədə qida və ərzaq məhsullarının qiymətində artım müşahidə olunur".
Fidan Ali,
KONKRET.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Biznes təlimlər və tədris üsulları
İnvestisiyanın necə cəlb etmək olar?
Dünyanın əh bahalı brendləri - TOP-10
Dünyanın TOP-3 biznes universiteti hansılardı?