Bazarlar FED-in faiz qərarını gözləyir

Bazarlar FED-in faiz qərarını gözləyirBazar ertəsi günortadan sonra dolların qiyməti avro və yen qarşısında müxtəlif istiqamətlərdə dəyişir. Bazarlar ABŞ Federal Ehtiyat Sisteminin (ABŞ Mərkəzi Bankı, FED) iclasının başa çatmasını gözləyir.
Marja xəbər verir ki, avro/dollar məzənnəsi əvvəlki bağlanışdan 1,053 dollardan 1,0570 dollara yüksəlib (Avro bahalaşıb, yen ucuzlaşıb). Dollar/yen məzənnəsi isə 136,56 yendən 136,75 yenə qalxıb (Dollar bahalaşıb, yen ucuzlaşıb). Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0,07% azalaraq 104,73 bənd təşkil edib.
Bazarlar ABŞ Federal Ehtiyat Sisteminin dekabrın 13-14-də keçiriləcək iclasını səbirsizliklə gözləyir. FED faiz qərarını elan edəcək və makroiqtisadi göstəriciləri yeniləyəcək. Mətbuat konfransında Mərkəzi Bankın sədri Cerom Pauel də çıxış edəcək.
CME Group-un məlumatına görə, ekspertlərin 74%-dən çoxu FED-in uçot dərəcəsini 50 baza bəndi artıracağını ehtimal edirlər. İndiyədək FED faizini 75 baza bəndi artırırdı. Beləliklə, FED-in faiz artırmaq tempini yavaşladacağıgözlənilir. Həmçinin çərşənbə günü, dekabrın 14-də Avropa Mərkəzi Bankı (AMB) və İngiltərə Bankının iclasları keçiriləcək. Ekspertlər hesab edirlər ki, hər iki tənzimləyici uçot dərəcəsini 50 baza bəndi artıraraq müvafiq olaraq 3,5% və 2,5%-ə çatdıracaq. Bundan əvvəl onlar dərəcələri 75 baza bəndi qaldırmışdılar.
Associated Press-in sitat gətirdiyi Mizuho Bankın analitikləri hesab edirlər ki, əsas mərkəzi bankların, o cümlədən FED-in iclasları, "xüsusilə də faizlərin artırılmasının səbəb olduğu inflyasiya riskləri və tənəzzül qorxuları arasında qəbul edilən gərginliyi nəzərə alsaq, potensial olaraq bazarlarda böyük volatilliyə səbəb ola bilər". 
Bundan əlavə, investorlar ABŞ-da inflyasiya ilə bağlı statistik məlumatları gözləyirlər, onun dərci çərşənbə axşamı günü axşam saatlarında planlaşdırılır. Analitiklər hesab edirlər ki, noyabrda istehlak qiymətlərinin illik artımı oktyabrdakı 7,7%-dən 7,3%-ə enib. Beləliklə, rəqəm FED-in 2% hədəfindən xeyli yuxarı qalır. Eyni zamanda, ölkədə inflyasiya ardıcıl beşinci ayda da aşağı düşə bilər. ABŞ-da inflyasiya 9%-ədək sürətlənmişdi. / marja.az

Maliyyə     Tarix: 12 dekabr 2022

Oxşar xəbərlər

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro


iqtisadi xeberler pul qazanmaq biznes krediti valyuta xeberleri bitkoin qiymeti