BƏƏ-nin naziri: "Qlobal neft bazarında sabitlik hökm sürür"
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika və infrastruktur naziri Suhail Mohammed Al Mazrouei Rusiyanın ötən həftənin sonunda hasilatı birtərəfli qaydada azaldacağı bəyanatı ilə bağlı bildirib ki, qlobal neft bazarında sabitlik hökm sürür və Moskvanın bu qərarından sonra OPEC+ qrupunun növbədənkənar iclasının keçirilməsinə ehtiyac yoxdur.
Rusiyanın gündəlik neft hasilatını 500 min barel azaldacağı barədə bəyanatından sonra qlobal bazarda tarazlığın davam edəcəyinə əminliyini ifadə edən Al Mazrouei diqqətə çatdırıb ki, OPEC+ ötən ilin oktyabrında 2023-cü ilin sonunadək hasilatı 2 milyon barel azaltmaq barədə razılığa gəlsə də, bu rəqəm tələbata görə tənzimlənə bilər. Qlobal neft bazarında vəziyyət aprelin əvvəlində və iyunun 4-də hasilatçı ölkələrin nazirləri tərəfindən müzakirə olunacaq.
Al Mazrouei vurğulayıb: "İndi biz qlobal bazarda tarazlığı pozacaq bir təhlükə görmürük. Vəziyyət sabitdir və hər hansı dəyişikliyin baş verəcəyi təqdirdə müvafiq tədbirlər görülə bilər. Bu kontekstdə Çində pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılması və qlobal iqtisadiyyatın vəziyyətindən çox şey asılı olacaq. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Onlayn biznes növləri
Ən çox gəlir gətirən onlayn bizneslər
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
IBAN nədir?