Bələdiyyə işçilərinin əməkhaqqından tutulmalar necə tənzimlənir?

Bələdiyyə işçilərinin əməkhaqqından tutulmalar necə tənzimlənir?Bu məsələdə sual yaradan başlıca amil bələdiyyələrin dövlət sektoruna aid edilib-edilməməsi ilə bağlıdır. Mövzuya dair vergi mütəxəssisi İlqar Əsədov şərh verib.
Vergi Məcəlləsinin pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılması ilə bağlı 220.12-ci maddəsi hüquqi şəxslər və fərdi sahibkarlara aid olsa da, həmin maddə bələdiyyələrə şamil edilmir. Maddənin mətnində belə bir istisna birbaşa göstərilməsə də, istisna qanunçuluğun özündən gəlir: mövcud qanunvericilikdə gəlirləri vergidən azad olan və özü vergiyığma orqanı sayılan qurumdan, yəni bələdiyyədən ödəmə mənbəyində vergi tutulması halı istisna edilib.
İkinci məqama gəlicə, bələdiyyə orqanlarında çalışan şəxslərin əməkhaqqından vergi tutulmaları Vergi Məcəlləsinin 101-ci və həmin maddənin tətbiqi məqsədləri üçün qəbul edilmiş Nazirlər Kabinetinin 56 nömrəli qərarı ilə tənzimlənir.
Qərara əsasən, dövlətdən maliyyəşən qurumlar qeyri-dövlət sektoru sayılmır və deməli, güzəştli dərəcələr onlara tətbiq edilmir.
Bələdiyyələrlə bağlı normativ hüquqi aktlara və onların real tətbiqinə baxdıqda açıq şəkildə görürük ki, bələdiyyə orqanlarına dövlət büdcəsindən vaxtaşırı vəsaitlər ayrılır. Bununla belə, bələdiyyə, payları hər hansı dərəcədə dövlətə məxsus dövlət orqanı olmayıb, Azərbaycan Respublikasının Konstitusiyası ilə yerli özünüidarəetmənin təşkili formasıdır. Bələdiyyəyə maliyyə vəsaitinin ayrılması dövlət hakimiyyətinin həyata keçirilməsi ilə bağlı deyil, sadəcə dəstək xarakteri daşıyır.
Qeyd edilənlərə əsasən, bələdiyyə dövlət sektoru hesab edilmir və güzəştli dərəcələr onlara da aid edilir. Deməli, bələdiyyə qulluqçusunun əməkhaqqından vergi tutulmaları Vergi Məcəlləsinin 101.1-1-ci maddəsi ilə hesablanmalıdır.
Misal: Bakı şəhəri Nizami rayonu bəllədiyyəsinin qulluqçusu 750 manat əməkhaqqı alır. Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən, onun aylıq gəliri 8.000 manatı aşmadığı üçün ondan vergi sıfır dərəcə ilə tutulacaq, başqa sözlə, vergi tutulmayacaq. Lakin sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta ödənişləri tutulacaqdır.
Əməkhaqqı – 750 manat;
Vergi – 0 manat;
MDSS – (6 + (750-200) x 10%) = 61 manat;
İşsizlikdən sığorta haqqı – 750 x 0,5% = 3.75 manat;
İcbari tibbi sığorta – 750 x 2% = 15 manat. / banker.az

Xəbərlər     Tarix: 05 yanvar 2023

Oxşar xəbərlər

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə


iqtisadi xeberler dollar mezenne bank faizleri biznes qurmaq bu gunun xeberleri