Bərpa olunan mənbələrdən enerjisi istehsalı üçün avadanlıqların idxalı gömrük rüsumundan azad olunur
Dövlətin satınalma öhdəliyi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanuna uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq gömrük rüsumlarından azad edilir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Gömrük tarifi haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qanun qəbul ediləcəyi təqdirdə 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. / marja.az

Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Kriptovalyuta nədir və necə alınır?
Evdə biznes qurmağın yolları