Beş ölkənin texnoloji şirkət rəhbərləri ABB-nin innovativ təcrübəsini öyrənib
®Moldova, Qırğızıstan, Özbəkistan, Ukrayna və Polşada fəaliyyət göstərən bir sıra informasiya texnologiyaları şirkətlərinin rəhbərləri Azərbaycana səfər çərçivəsində ABB-nin Baş ofisində qonaq olublar.
Bankın rəqəmsal transformasiya, innovativ texnologiyaların tətbiqi, o cümlədən süni intellekt həllərindən istifadə sahəsində qabaqcıl təcrübəsi xarici şirkət rəhbərlərində böyük maraq doğurub.
Görüş zamanı qonaqlara ABB-nin inkişaf strategiyası, rəqəmsallaşma istiqamətində həyata keçirdiyi layihələr, müasir texnologiyaların bank xidmətlərinə inteqrasiyası, müxtəlif sahələrdə istifadə edilən süni intellekt modelləri barədə ətraflı məlumat verilib.
Bankın müştəri təcrübəsinin təkmilləşdirilməsi, əməliyyat proseslərinin optimallaşdırılması və xidmətlərin əlçatanlığının artırılması məqsədilə reallaşdırdığı innovativ təşəbbüslər diqqətə çatdırılıb, suallar cavablandırılıb.
Görüşdə, həmçinin maliyyə sektorunda yeni texnoloji trendlər, müasir çağırışlarla bağlı fikir mübadiləsi aparılıb, həmçinin gələcək əməkdaşlıq perspktivləri nəzərdən keçirilib.
Səfər beynəlxalq texnologiya ictimaiyyətinin ABB-nin rəqəmsal inkişaf təcrübəsinə marağını nümayiş etdirməklə yanaşı, innovasiya və texnologiyalar sahəsində qarşılıqlı təcrübə mübadiləsi baxımından da əhəmiyyətli olub.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi , 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür. / banker.az

"Fars": Hörmüz boğazına görə ABŞ banklarının səhmləri ucuzlaşıb
"Bitcoin" 82 min dolları keçdi - SON QİYMƏT
Bank Avrasiya III rübdə gəlirlilik və maliyyə dayanıqlılığı göstəricilərini əhəmiyyətli dərəcədə gücləndirib
"Kapital Bank" 50 mln., BOKT-u isə 2 milyon manatlıq istiqraz buraxıb – Alıcı xarici bankdır
Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb
Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq
ABB-dən "Uşaq yığım" əmanəti
ABB Beynəlxalq Risk Forumu keçirdi
AMB və Slovakiya Milli Bankı arasında Anlaşma Memorandumu imzalanıb
İKEA şirkətinin tarixi
Swift nədir?
Dünyanın əh bahalı brendləri - TOP-10
İlon Mask kimdir?
Biznes qurmaq üçün nə lazımdır?