"Binance" İndoneziyanın "Tokocrypto" kriptobirjasını alıb
"Binance" İndoneziyanın ən böyük kriptovalyuta birjalarından biri olan "Tokocrypto"nu rəsmi olaraq satın alıb. Bu barədə dekabrın 19-da İndoneziyanın "Coindesk" xəbər saytı "Binance"ın mətbuat xidmətinə istinadən bildirib.
"CoinDesk Indonesia"nın məlumatına görə, "Tokocrypto" biznes bölmələrinə diqqət yetirməyi planlaşdırır, buna görə də birjadan kənar biznes bölmələrinin fəaliyyətini dayandırır. Bu dəyişikliklərlə əlaqədar işçilərin təxminən 58%-nin ixtisar olunacağı gözlənilir.
Bununla birlikdə, kriptobirja "bu keçid dövründə təsirə məruz qalan işçilərə tam dəstək verəcəyini" vəd edib.
"Tokocrypto" – İndoneziyanın ilk kriptovalyuta treyderidir. "Binance" kriptobirjası 2020-ci ildən başlayaraq ona investisiya edir. 2022-ci ildən isə "Tokocrypto"dakı payını tədricən demək olar ki, 100%-ə çatdırmağı hədəf alıb. / banker.az
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsasən eniş müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap"də "Bitcoin" 2,09% ucuzlaşaraq 79 045,34 ABŞ dollarına enib. "Ethereum" sutka ərzində 1,58
Azərbaycanda kriptovalyuta haqqında qanun qəbul ediləcək
Azərbaycanda bu ilin sonunadək virtual aktivlər və kripto bazarları ilə bağlı qanun qəbul oluna bilər. Kriptovalyuta əməliyyatlarından gəlirlər hansı qaydada vergiyə cəlb olunur?. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankını
"Bitcoin" 64 min dollara çatıb - SON qiymət
Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,01% artaraq 2,19 trilyon dollara çatıb. xəbər verir ki, "Bitcoin"in qiyməti 63 991 dollar olub ki, bu da son 24 saatda 0,16% artım deməkdir. "Ethereum"
Bitkoin ucuzlaşa bilər - Proqnoz
Kriptovalyuta bazarında qiymətlər enməyə başlayıb. Bitkoin 100 min dollarlıq həddən aşağı düşüb və hazırda 95 min dollar tərafında ticarət edilir. xəbər verir ki, vəziyyət artıq bir neçə gündür davam edir. Verilən proqnoz
"Bitcoin" 80 min dollardan aşağı düşüb - SON QİYMƏT
Son sutkada kriptovalyuta bazarında qarışıq dinamika müşahidə olunub. xəbər verir ki, CoinMarketCap platformasında "Bitcoin"in qiyməti son 24 saatda 1,19% azalaraq 79 662,81 ABŞ dolları təşkil edib. "Ethereum"u
"Bitcoin" 77 min dollara yaxınlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsasən müsbət dinamika müşahidə olunub. xəbər verir ki, "Bitcoin" son 24 saatda 0,12% bahalaşaraq 76 980,26 ABŞ dollarına yüksəlib. "Ethereum" sutka ərzində 1,08