"Binance" kriptobirjası dollar köçürmələrini dayandırır
Dünyanın ən böyük kriptovalyuta birjası "Binance" bu gün, fevralın 8-dən etibarən ABŞ dolları ilə bütün köçürmələri dayandırdığını açıqlayıb, Banker.az bu barədə "Kommersant"a istinadən xəbər verir.
"Biz bu xidməti mümkün qədər tez bərpa etmək üçün çalışırıq. Kriptovalyutaları almağın və ya satmağın bütün digər yolları qalmaqdadır", – "Binance" qeyd edir.
Bununla belə, "CNBC"nin məlumatına görə, "Binance" birjada dollar köçürmələrinin dayandırıldığını elan etdikdən sonra əməliyyatlarda kəskin artım baş verib. İstifadəçilər dollarla sabitlənmiş steyblkoinləri (məsələn, Tether və ya USDC) köçürməyə başlayıblar.
"CNBC" bildirir ki, son sutka ərzində "Binance"dən dollarla pul axını 172 milyon dollar təşkil edib (platformanın ümumi kripto aktivləri hazırda 42.2 milyard dollar olaraq qiymətləndirilir).
Bitkoinə pul yatıranlardan 30 milyon dollar oğurlanıb
2026-cı ilin əvvəlindən etibarən kriptoinvestorlara edilən hücumlar nəticəsində onlardan 30 milyon dollara yaxın vəsait oğurlanıb. xəbər verir ki, bu barədə "Chainalysis" analitik şirkəti yazır. Məqalədə qeyd olunu
"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində kəskin yüksəliş qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,97% bahalaşaraq 81 045,75 ABŞ dollarına yüksəlib. "Ethereum"
"Bitcoin" 80 min dollardan aşağı düşüb - SON QİYMƏT
Son sutkada kriptovalyuta bazarında qarışıq dinamika müşahidə olunub. xəbər verir ki, CoinMarketCap platformasında "Bitcoin"in qiyməti son 24 saatda 1,19% azalaraq 79 662,81 ABŞ dolları təşkil edib. "Ethereum"u
"Bitcoin"in qiyməti 81 min dollara yaxınlaşıb
Kriptovalyuta bazarında son sutka ərzində bahalaşma davam edib. xəbər verir ki, "Bitcoin" son 24 saatda 4,88% bahalaşaraq 80 749,35 ABŞ dollarına yüksəlib. "Ethereum" sutka ərzində 2,79% artaraq 2 503,8
"Bitcoin" 64 min dollara çatıb - SON qiymət
Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,01% artaraq 2,19 trilyon dollara çatıb. xəbər verir ki, "Bitcoin"in qiyməti 63 991 dollar olub ki, bu da son 24 saatda 0,16% artım deməkdir. "Ethereum"