"Binance"ın analitik hesabatı: Kriptovalyuta bazarı sabitlik nümayiş etdirir

Dünyanın aparıcı blokçeyn ekosistemi və kriptovalyuta infrastrukturu təminatçısı Binance və Binance Research sənayenin vəziyyətini təfərrüatlı şəkildə əks etdirən yarımillik hesabatı açıqlayıb.
FED.az xəbər verir ki, 2023-cü ilin birinci yarısının sonunda açıqlanmış 120 səhifəlik hesabat ilk tarixi sikkənin təhlili, Bitkoin və birinci və ikincidərəcəli blokçeynlər, steyblkoinlər, "DeFi" və "NFT" daxil olmaqla sənayenin əsas şaquli istiqamətlərini əhatə edir. Hesabatda həmçinin oyunlar, metadünyalar, maliyyələşdirmə və institusional qəbul nəzərdən keçirilir.
Təfsilatlı yarımillik hesabat həmçinin hər bir əsas kateqoriya üzrə qəbul, istifadə və innovasiya səviyyəsini göstərir. "Binance"ın yarımillik hesabatında yer alan təhlil sənayenin vəziyyətinin gözləniləndən daha yaxşı olduğunu əsaslı şəkildə sübut edir ki, bu da ilin ikinci yarısında və 2024-cü ildə artım üçün möhkəm zəmin yaradır.
Əsas nəticələr:
Ümumi bazar kapitallaşması illik müqayisədə 30% artaraq iyunun 30-da 1,17 trilyon dollara çatıb;
Bitkoinin dominantlığı yarımilliyi 2021-ci ilin aprelindən bəri ən yüksək səviyyədə başa vurub, onun hazırda "TradFi" ilə əlaqəsi isə üçillik minimumdadır;
Steyblkoinlərin dünya bazarında dəyərinin 7% azalmasına baxmayaraq, USDT-nin bazar payı ilin əvvəlindən 26% artmışdır;
Likvid steykinq "DeFi"nin ən böyük sektoruna çevrilmişdir.
Hesabatda deytreyderlər üçün dərhal nəzərə çarpmayan, lakin artımı müsbət kimi şərh edilə bilən göstəricilər vurğulanır. Məsələn, bitkoin ticarətinin həcmi ilin əvvəlindən 185%, şəbəkə əməliyyatları 58%, orta əməliyyat haqları isə 143% artmışdır. Şəbəkə istifadəsinin bu artımı "NFT"lərin Bitkoin şəbəkəsində yaradılmasına və ticarətinə imkan verən ordinalların[1] (Satoşi üçün sıra nömrələri əlavə etməyə və onları izləməyə imkan verən protokol) artması ilə qismən əlaqədar olmuşdur.
Hesabatda deyilir ki, ilin əvvəlindən heş-reyt 40% artmış, nəticədə mayninq çətinliyi də 43% artmışdır. "Binance"ın yarımillik hesabatında onçeyn-analitika geniş şəkildə istifadə olunsa da, o, əhvali-rühiyyə təhlili də daxil olmaqla digər mənbələrdən alınan məlumatlardan da istifadə edir. Qorxu və xəsislik indeksi yanvar ayından bəri iki dəfə artaraq treyderlərin artan etimadını göstərir.
Hesabatda təqdim olunan digər birincidərəcəli blokçeynlərdən "Solana" 2023-cü ilin birinci yarısında bazar kapitallaşmasında ən güclü artımla üzləşmişdir. "BNB" şəbəkəsi "Ethereum" ilə müqayisədə (48%) gündəlik əməliyyatlarda 113% artım qeydə alaraq ilin əvvəlindən bəri daha yaxşı şəbəkə məhsuldarlığına malik olmuşdur. Fəal ünvanlarda da eyni hal müşahidə olunub (118%-ə qarşı 63%). "Avalanche"in yarımşəbəkə sahəsində inkişafı və "Cosmos"un yeni ümumi təhlükəsizlik modelləri də maraq doğuran hadisələrdəndir.
Yarımillik hesabatda təqdim olunmuş ilin diqqətəlayiq hadisələrindən biri likvid tariflərin artması və "LSTfi"nin (likvid tarif tokenlərinin və "DeFi"-nin birləşməsi) meydana çıxmasıdır, burada sonuncu aprel ayından bəri qeydə alınmış ümumi dəyərin 460 faiz həcmində kəskin artım yaşamışdır. "Binance"ın birinci yarımillik hesabatı həmçinin ikincidərəcəli blokçeynlər sektorunu geniş şəkildə təsvir edir, eyni zamanda "zkEVM"in artımı və "Polygon"un "Polygon" 2.0-a gözlənilən keçidi əsas diqqət çəkən məqamlardandır. Hesabatda həmçinin inkişaf etməkdə olan sektorlar, o cümlədən üçüncüdərəcəli blokçeynlərin meydana çıxması ətraflı şəkildə müzakirə edilir: mövcud ikincidərəcəli blokçeynlərə qoşulan xüsusi tətbiqlər üçün zəncirlər.
Hesabatda aparıcı steyblkoinlərin bazar dinamikası şərh edilməklə yanaşı, onların 2023-cü ildə bazar payını artıran yeni rəqibləri də nəzərdən keçirilir. Bunlara USDD, crvUSD, GHO və LUSD daxildir, sonuncunun bazar kapitallaşması ilin əvvəlindən 54% artmışdır.
 "Binance" tərəfindən təhlil edilən, demək olar ki, bütün şaquli sahələr üzrə kriptovalyuta sənayesi ilk yarımillikdə müsbət təsir bağışlayan artım qeydə almışdır. "DeFi"də istifadəçilər ilin əvvəlindən 43%, eləcə də kriptovalyuta qiymətlərinin aşağı düşməsinə baxmayaraq, "NFT"in həcmləri 2022-ci ilin ikinci yarısı ilə müqayisədə artmışdır. Vəsaitlərin toplanmasına gəlincə, "Binance" bildirir ki, ilin birinci yarısında 10 nəhəng fond ümumilikdə 3,6 milyard dollar toplayıb. CBDC, korporativ blokçeyn-layihələrin cəlb edilməsi ilə mühüm sınaqlar və şəbəkədə real aktivlərin meydana çıxması da daxil olmaqla institusional qəbulu dəstəkləyən kifayət qədər dəlillər mövcuddur.
Bazar "Bitkoin ETF" mövsümündən əhəmiyyətli şəkildə faydalanaraq bazarın yenidən əldə edilmiş təkanını artırmışdır. Bitkoin bir il ərzində yeni maksimumlara qalxaraq investorların inamını gücləndirməyə nail olmuşdur. Biz ilin ikinci yarısında daha yeni innovasiyalar, daha geniş tətbiq  və bütün kriptovalyuta sənayesi üçün daha parlaq gələcək gözləyirik.
"Kriptovalyuta sənayesi qlobal iqtisadi dəyişikliklər fonunda inkişaf etməyə və sabitliyini nümayiş etdirməyə davam edir. Rəqəmsal aktivlər daha çox qəbul olunduqca steyblkoinlərin fəal şəkildə tətbiqini və blokçeyn texnologiyasının qəbulunda artım müşahidə edirik. Bu yeniliklər institusional oyunçuların artan iştirakı ilə birlikdə sənayenin gələcək inkişafı və onun geniş şəkildə qəbul edilməsi üçün mühüm zəmin yaradır", − deyə "Binance"ın MDB üzrə regional direktoru Vladimir Smerkis bildirib.
Araşdırmaya dair hesabatla aşağıdakı keçidə daxil olmaqla tanış olmaq olar: (20 iyul 2023-cü il, UTC vaxtı ilə 14:00-da dərc olunacaq).
"Binance" haqqında
"Binance" həcminə görə ən böyük rəqəmsal aktivlərlə ticarət birjası da daxil olmaqla bir sıra maliyyə məhsulları ilə dünyanın aparıcı kriptovalyuta infrastrukturu təminatçısıdır. Dünyada milyonlarla insanın etibar etdiyi "Binance" platforması istifadəçilərin pul azadlığını artırmaq məqsədilə nəzərdə tutulmuşdur və ticarət, maliyyə, təhsil, məlumatlar və tədqiqatlar, xeyriyyəçilik, investisiyalar və inkubasiya, desentralizasiya və s. daxil olmaqla kriptovalyuta məhsulları və təkliflərinin misilsiz portfelini təklif edir.
Ətraflı məlumat əldə etmək üçün aşağıdakı keçidə daxil olun:
"Binance Research" haqqında
"Binance Research" dünyanın aparıcı kriptovalyuta birjası olan "Binance"ın tədqiqat şöbəsidir. Komanda obyektiv, sərbəst və kompleks təhlil təqdim etməyə, kriptoməkanda ideoloji lider olmağa çalışır. Analitiklərimiz mütəmadi olaraq kriptoekosistemi, blokçeyn texnologiyaları və ən son bazar tendensiyaları ilə bağlı, lakin bunlarla məhdudlaşmayan mövzular üzrə dərin fikirlər dərc edirlər.
[1] Ordinals. Satoşi üçün sıra nömrələri əlavə etməyə və onları izləməyə imkan verən protokol.

Kriptovalyuta     Tarix: 21 iyul 2023

Oxşar xəbərlər

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə kəskin bahalaşma müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,53% bahalaşaraq 81 039,86 ABŞ dolların

Bitkoinə pul yatıranlardan 30 milyon dollar oğurlanıb

2026-cı ilin əvvəlindən etibarən kriptoinvestorlara edilən hücumlar nəticəsində onlardan 30 milyon dollara yaxın vəsait oğurlanıb. xəbər verir ki, bu barədə "Chainalysis" analitik şirkəti yazır. Məqalədə qeyd olunu

"Bitcoin" 90 min dollara kimi ucuzlaşıb

Qlobal kriptovalyuta bazarında ticarət qarışıq dinamika ilə davam edir. Bazarın lideri olan "Bitcoin" ucuzlaşsa da, hələlik 90 min dollar yuxarı ticarət edilir. xəbər verir ki, son göstəricilərə əsasən "Bitcoin"i

10 min dollarla son 12 ayda ən çox qazandıran - SAHƏLƏR, MƏBLƏĞLƏR, SİYAHI

Bir il əvvəl əldə 10 min dollar olsaydı, hara yatırardınız? Dünyadakı bütün investorları, xüsusilə də kiçik yatırımçıları maraqlandıran bu suala 2025-ci ilin müxtəlif aktivlərin gəlirliyi üzrə nəticələri cavab verir. . bizne

Bitcoin-in qiyməti 60 min dollara düşdü

Bitcoin, qlobal texnologiya səhmlərindəki satış dalğasının dərinləşməsi və müxtəlif aktiv siniflərində riskli mövqelərin ləğv edilməsi ilə cümə günü 16 ayın ən aşağı səviyyəsini görüb və 60 min dollar həddini test edib.  bizne

"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT

"Bitcoin"in qiyməti son 8 ayın maksimum səviyyəsinə yüksəlib. xəbər verir ki, dünyanın əsas kriptovalyutası 3,7 faizdən çox artaraq 84 min 129 dolları keçib. "Bitcoin"in qiyməti cümə günündən bəri artı

"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsasən eniş müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap"də "Bitcoin" 2,09% ucuzlaşaraq 79 045,34 ABŞ dollarına enib. "Ethereum" sutka ərzində 1,58

Kriptobirjada son durum: "Bitcoin" və "Ethereum" ucuzlaşıb

Kriptovalyuta bazarında son sutkada əsas aktivlər üzrə mənfi dinamika qeydə alınıb. xəbər verir ki, "CoinmarketCap" platformasında "Bitcoin"in qiyməti 1% azalaraq 95 368 dollar səviyyəsinə enib. "Ethereum"u

"Bitcoin" 75 min dollara yaxınlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında qiymətlər kəskin yüksəlib.  xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitkoin"in qiyməti son 24 saat ərzində 8,08% artaraq 74 758,42 dollara çatıb. Son 7 gündə isə BTC 18,14


iqtisadi xeberler leobank kart pul qazanmaq dollar kursu biznes qurmaq