"Binance"nin avro ilə kriptovalyuta ticarətindəki payı iki dəfə azalıb
"Binance" kriptovalyuta birjasının Avropa bazarında mövcudluğu son altı ay ərzində iki dəfə azalıb və birjaların çöküşü fonunda yerli tənzimləyicilər tərəfindən tələblərin sərtləşdirilməsi səbəbindən daha da azala bilər.
"Kaiko" bazar araşdırması firmasına görə, "Binance"nin avro ilə kriptovalyuta ticarətindəki payı 15%-ə qədər azalıb. Nəticədə, hazırda "Binance"də ən yüksək istifadəçi trafiki Vyetnam, Türkiyə, Hindistan və Argentinadadır.
Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.
2022-ci ilin may ayında "Binance" Fransada qeydiyyatdan keçmək üçün bir il yarımdan çox vaxt sərf etdikdən sonra Parisdə ilk regional qərargahını açıb. Fransa prokurorları bu yaxınlarda pulların yuyulmasına nəzarətin olmaması və qeyri-qanuni xidmət təklifləri ilə bağlı araşdırma çərçivəsində kriptobirjanın ofisində reyd keçirib. "Binance" sözçüsü prokurorun səfərini təsdiqləyib, lakin "hüquq-mühafizə və ya tənzimləyici araşdırmaların xüsusiyyətləri" ilə bağlı şərh verməkdən imtina edib.
İyunun əvvəlində Belçika Maliyyə Xidmətləri və Bazarlar İdarəsi "Binance"dən ölkədə xidmətlər təklif etməyi dayandırmağı tələb edərək, birjanın bunu qadağan olunmuş Avropa İqtisadi Bölgəsi xaricində olan şirkətlərdən istifadə edərək etdiyini bildirib. Bir az əvvəl isə "Binance" qeydiyyatdan keçə bilmədiyi üçün Hollandiya bazarından çıxdığını elan edib. Həmçinin alman tənzimləyicisi də kriptovalyutaların saxlanması üçün birjaya hələ lisenziya verməyib.
"WSJ" xatırladır ki, ABŞ-da kriptovalyuta birjasının ABŞ-ın qiymətli kağızlar qanunlarına məhəl qoymadığını qeyd edən Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) tərəfindən "Binance"yə qarşı məhkəmə iddiası qaldırılıb. "CCData"ya görə, "Binance" hələ də ən böyük kriptovalyuta platformasıdır, lakin onun qlobal spot ticarət bazarındakı payı fevralda 57%-dən iyunda 42%-ə düşüb.

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
2026-cı il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri
Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb
"Qala Həyat"ın ödənişləri 76% artıb
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Azərbaycanda 8 milyonluq şirkətin – SƏRMAYƏSİ AZALDILIR
Biznes plan necə yazılır?
Yatırım olmadan necə biznes qurmaq olar?
"Freelance" nədir?
Bill Qeyts kimdir?
Dünyanın ən bahalı restoranları