Bir-dən sahibkarlar üçün güzəştlər: "Biznesdə birlikdə" proqramına müraciət üçün tələsin
®Bir ekosisteminin mikro sahibkarlara və iqtisadi inklüzivliyə dəstək məqsədilə start verdiyi "Biznesdə birlikdə" layihəsinə qeydiyyat davam edir. Müraciətlərin qəbulu üzrə son tarix 22 oktyabr 2026-cı ildir.
Layihə həm yeni fəaliyyətə başlayan, həm də mövcud biznesini böyütmək istəyən mikro sahibkarlara yönəlib. İştirakçılar Birbank, Birmarket, m10 və Milliön platformaları vasitəsilə maliyyə, ödəniş və e-ticarət xidmətlərindən xüsusi şərtlərlə istifadə edə biləcəklər. Bu proqram ideyasını fəaliyyətə və sabit gəlirə çevirmək istəyənlər üçün əlverişli bir dəstək vasitəsidir.
Proqram çərçivəsində sahibkarlara biznesin idarə edilməsi üzrə təlimlər, güzəştli maliyyə və bankçılıq xidmətləri təklif olunacaq. Eyni zamanda, iştirakçılar Birmarket platformasına qoşularaq həm müştəri bazasını, həm də rəqəmsal satışlarını artıra biləcəklər.
İştirakçıların seçimi zamanı şəhid ailələrinin üzvlərinə, fiziki məhdudiyyətli şəxslərə, təqaüdçülərə, həmçinin qadın və gənc sahibkarlara üstünlük veriləcək.
Proqramın şərtləri, təqdim edilən güzəştlər və qeydiyyatdan keçmək üçün e-keçid:
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Daha ətraflı: bir.az / banker.az

"TikTok"la "Instagram"a girişdə problem yarandı
ABB-nin təşkilatçılığı ilə Beynəlxalq Risk Forumu keçiriləcək
Bir rəqəmsal bankçılıq təcrübəsini "Istanbul Fintech Week" tədbirində təqdim edib
"Yapı Kredi Bank Azərbaycan"ın mənfəəti 20% artaraq 9,25 milyon manata çatıb – Aktivləri 1 milyard manatı ötüb
Azərbaycan Sənaye Bankının kredit portfeli 31% böyüyüb, mənfəəti 5,4 milyon manata çatıb
Sentyabr üzrə bankların şikayət indeksi açıqlanıb – SİYAHI
Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək
Mərkəzi Banka yeni səlahiyyət verilir
Xalq Bankın "Əmanət" lotereyasının 2-ci tirajında qaliblər müəyyən oldu
"Azərbaycan Sənaye Bankı"nın 5.4 mln. manat xalis mənfəət əldə edib
Onlayn biznes növləri
Biznes qurmaq üçün nə lazımdır?
1000 manatla hansı biznesi qurmaq olar?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Ev şəraitində pul qazanmağın yolları