Birjalarda son durum - 15.05.2023

Birjalarda son durum - 15.05.2023Ötən həftə ABŞ-da inflyasiyanın artım tempinin proqnozlaşdırılandan daha çox zəifləməsi birjalarada dolların gələcəyinə dair ümidlər yaratsa da, Demokratlar və Respublikaçılar arasında borc limiti ilə bağlı müzakirələrin içindən çıxılmaz vəziyyət alması, ən son ABŞ prezidenti Co Baydenin Konqres liderləri ilə borc limiti ilə bağlı görüşünün təxirə salınması dollar üzərində təzyiqlərin yenidən artmasına səbəb oldu. 
ABŞ Konqresinin Büdcə Ofisi (CBO), eləcə də, ABŞ Mliyyə naziri Janet Yellen borc limiti artırılmasa, hökumətin iyunun ilk iki həftəsində defolt riskinin "əhəmiyyətli dərəcədə yüksək" olduğunu vurğulayıb.
Nəticədə səngimək bilməyən qeyri-müəyyənliklər fonunda DXY ötən həftəni də 103.50 bəndlik müqavimət səviyyəsinin altında başa vurdu. Həftəni 102.20 bənddə başa vuran dollar indeksində tendensiyanın gedişinə cari ticarət həftəsində açıqlanacaq mənzil bazarlarına dair göstəricilər, həmçinin ölkədə topdan və pərakəndə satış dövriyyələrinin həcmi kimi iqtisadi göstəricilər ciddi təsir edə bilər.
EUR
Ötən həftəni 1.0860 hədlərində tamamlayan EURUSD məzənnəsində cari ticarət həftəsində tendensiyanın formalaşmasına təsir göstərə biləcək əsas faktorlar arasında Avrozonada açıqlanacaq inflyasiya göstəriciləri, AMB sədri K.Laqardın açıqlamaları, Avrozonada və Almaniyada dərc olunacaq ZEW Biznes Aktivliyi İndeksi göstəricilərini qeyd etmək olar.
Təhlillərə əsasən EURUSD məzənnəsində qiymətlər 1.0900 həddinin altında qaldığı müddətdə, eniş tendensiyası daha kəskin xarakter ala bilər.
GBP
Ötən həftə İngiltərə Mərkəzi Bankının faiz qərarı, və  aylıq, rüblük və illik müqayisədə geriləyən ÜDM məlumatlarından sonra ucuzlaşan funt-sterlinqdə qiymətlərin necə dəyişəcəyi ilə bağlı suallara aydınlıq gətirmək üçün bu həftə investorlar İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin çıxışlarını və ölkədə əmək bazarına dair statistik rəqəmləri diqqətdə saxlayacaqlar.
GOLD
Qızıl "güvənli liman" missiyasını davam etdirir. Korrektiv olaraq bir qədər ucuzlaşsa da, qiymətli metalın bir unsiya üzrə dəyəri 2000$ səviyyəsinin üzərində qaldığı müddətdə, qiymət artımları yenidən bərpa oluna bilər. Təhlillərə əsasən hazırda 2017$-dan təklif olunan qızılın qiyməti 2021$-ın üzərinə yüksəlsə, artım tendensiyası 2034$ və 2046$-a kimi davam edə bilər.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 15 may 2023

Oxşar xəbərlər

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc


iqtisadi xeberler dollar mezenne avtomobil xeberleri emlak xeberleri rubl mezenne