Birjalarda son vəziyyət

Birjalarda son vəziyyətÖtən həftənin çərşənbə günü Avrozonada və İngiltərədə açıqlanan İstehlak Qiymətləri İndeksinin proqnozlaşdırıldığı kimi azalması fonunda İngiltərə və Avropa Mərkəzi Banklarının monetar siyasətlərini yumşaldacağı ehtimallarının daha da artması dolların qiymətlərinə bir qədər dəstək gördü. Nəticədə EURUSD və GBPUSD  cütlüklərində artım tendensiyasının bir qədər səngidiyi müşahidə olunur.
Təhlillərə əsasən "Buğa"lar DXY-ın qiymətini 103.50 bənd həddinin üzərinə qaytara və bu səviyyənin üzərində saxlaya bilsələr, EURUSD və GBPUSD məzənnələrində ucuzlaşma yaşana bilər. 
Cari həftə ərzində ABŞ-da açıqlanacaq İqtisadi İnkişaf Səviyyəsi, İngiltərədə, Avrozonada, Almaniyada, həmçinin Amerikada dərc olunacaq biznes aktivliyi indeksi göstəriciləri birjalarda ciddi qiymət dəyişikliklərinə səbəb ola bilər. Eləcədə, Amerikada açıqlanacaq şəxsi xərclərə dair statistik rəqəmlər investorların diqqət mərkəzində olacaqdır.
EUR
Ötən həftə ərzində üfüqi tendensiya sərgiləyən EURUSD məzənnəsi həftəni 1.0850 hədləri üzərində tamamladı. Təhlillərə əsasən dollar indeksindəki eniş tendensiyası dərinləşərsə, avro dollar qarşısında 1.1050 hədlərinə qədər bahalaşa bilər. Qeyd edək ki, Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı və Almaniyada açıqlanacaq "İFO" Biznes Mühiti İndeksi göstəriciləri tendensiyanın gedişinə ciddi təsir edə bilər.
GBP
Ötən həftənin sonu 1.2435 hədlərinə kimi bahalaşan GBPUSD məzənnəsində trendin necə davam edəcəyində bu həftə İngiltərədə açıqlanacaq Biznes Aktivliyi İndeksinə dair statistik rəqəmlər ciddi təsir edə bilər. 
TRY
Bu həftənin cümə axşamı günü Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz dərəcələrini dəyişdirməməsinə baxmayaraq, USDTRY 18,80TL həddindəki maksimumunu qorumaqla  üfüqi tendensiyasını davam etdirir..
GOLD
Dolların ucuzlaşması fonunda qızıla tələb artmaqda davam edir. Dollar indeksində eniş tendensiyası davam edər və 1930$ həddini qırılarsa, qiymətli metalın bir unsiya üzrə dəyəri 1942$ və 2008$-a kimi bahalaşa bilər. Təhlillərə əsasən, 1942$ səviyyəsi əsas psixoloji müqavimət həddi kimi çıxış edir.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin  Analitika Departamenti tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 23 yanvar 2023

Oxşar xəbərlər

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb

BOTAŞ (Boru Xətləri ilə Neft Daşıma AŞ) Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Fransanın "TotalEnergies" şirkəti və Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə təbii qaz təchizatına dair müqavilə imzalayıb. Türkiyəni

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını


iqtisadi xeberler avtomobil xeberleri internetden pul qazanmaq dollar məzənnəsi valyuta mezennesi