Birjalarda son vəziyyət

Birjalarda son vəziyyətÖtən həftənin cümə axşamı günü ABŞ-da ÜDM-in keçən ilin son rübündə proqnozlaşdırılandan daha çox açıqlanması dolların qiymətlərinə dəstək oldu. 
Analitiklər, gözləniləndən daha güclü gələn iqtisadi artım göstəricilərinin ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) aqressiv monetar siyasətinə baxmayaraq, ABŞ iqtisadiyyatında "yumşaq eniş" üçün ümidləri artırdığını və resessiya ilə bağlı narahatlıqları azaltdığını bildirirlər.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Nəticədə EUR/USD və GBP/USD cütlüklərində artım tendensiyasının bir qədər səngidiyi müşahidə olunur.
Təhlillərə əsasən "Buğa"lar DXY-ın qiymətini 103.50 bənd həddinin üzərinə qaytara və bu səviyyənin üzərində saxlaya bilsələr, EURUSD və GBP/USD məzənnələrində ucuzlaşma yaşana bilər. 
Cari həftə ərzində ABŞ-da açıqlanacaq əmək bazarına dair statistik göstəricilər, xüsusilə də "NFP", eləcə də İngiltərə və Avropa Mərkəzi Banklarının faiz qərarları birjalarda ciddi qiymət dəyişikliklərinə səbəb ola bilər. Həmçinin,  Avrozonada və Almaniyada ÜDM-in həcmi və inflyasiya göstəriciləri  investorların diqqət mərkəzində olacaqdır.
EUR
Ötən həftə ərzində üfüqi tendensiya sərgiləyən EURUSD məzənnəsi həftəni 1.08$ hədləri üzərində tamamladı. Təhlillərə əsasən dollar indeksindəki eniş tendensiyası dərinləşərsə, avro dollar qarşısında 1.11$ hədlərinə qədər bahalaşa bilər. Qeyd edək ki, Avropa Mərkəzi Bankının faiz qərarı, eləcə də Avrozonada və Almaniyada açıqlanacaq inflyasiya göstəriciləri tendensiyanın gedişinə ciddi təsir edə bilər.
GBP
Ötən həftənin sonu 1.24$ hədlərində tamamlayan GBP/USD məzənnəsində trendin necə davam edəcəyində bu həftə İngiltərə Mərkəzi Bankının faiz qərarı həll edici rol oynaya bilər. 
TRY
USD/TRY məzənnəsi ötən həftə ərzində 18,80TL həddindəki maksimumunu qorumaqla üfüqi tendensiyasını davam etdirib. Bu həftənin cümə günü Türkiyədən açıqlanacaq inflyasiya göstəriciləri lirənin birjalarındakı qiymətlərinə təsir edə bilər
GOLD
Dolların ucuzlaşması fonunda qızıla tələb artmaqda davam edir. Dollar indeksində eniş tendensiyası davam edər və 1942$ həddini qıra bilsə, qiymətli metalın bir unsiya üzrə dəyəri 1980$ və 2008$-a kimi bahalaşa bilər. Təhlillərə əsasən, 1942$ səviyyəsi əsas psixoloji müqavimət həddi kimi çıxış edir.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin  Analitika Departamenti tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 30 yanvar 2023

Oxşar xəbərlər

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi


iqtisadi xeberler valyuta xeberleri bitkoin qiymeti kicik biznes depozit faizleri