Birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ prezidenti Co Bayden və Konqres liderlərinin dünənki görüşündən sonra borc limiti ilə bağlı razılığın əldə ediləcəyi ehtimallarının artması fonunda birjalarda dolların qiymətləri bahalaşıb.
Bayden, Ağ Evdə keçirdiyi mətbuat konfransında borc limiti ilə bağlı məhsuldar müzakirələr apardıqlarını ifadə edərək, ABŞ-ın defolt etmədən razılığa gəlinəcəyinə əmin olduğunu ifadə edib.
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin MakKarti də bazar gününə qədər borcun limiti ilə bağlı razılığın əldə oluna biləcəyini bildirib.
Nəticədə dollar indeksi 102.58 bənd həddinə kimi yüksəlib. Lakin dollar indeksində artım tendensiyasının qalıcı hal alması üçün "buğalar" DXY-ı 103.50 bənd həddinin üzərinə yüksəltməli və orada möhkəmləndirməlidirlər.
Dollara tələbin artması fonunda qızıl ucuzlaşır. Təhlillərə əsasən hazırda 1980$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1977$-ın altına düşsə, eniş tendensiyası 1966$ və 1952$-a kimi davam edə bilər.
Məlumat İnvestAZ şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Bu müəssisələrin rəqabətli neytrallığı qiymətləndiriləcək – Dövlət bankları istisnadır
Bank Respublika-nın və AccessBank-ın səhmdarları mühüm əqdi təsdiqləyiblər
"Davr Bank"ın ABB qrupuna qoşulması regional biznes əlaqələrini genişləndirəcək"
"AFB Bank"da 6 ayda işçi sayı 57 nəfər artıb
"Moody’s" Azərbaycan bankları regionda geosiyasi risklərə ən az məruz qalan banklardır
Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb
"Bank Respublika" "AccessBankı" aldıqdan sonra aktivləri ₼4,5 milyarda çatacaq
ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı
Bir 1000-dən çox gənci "Spark "26" festivalında bir araya gətirdi
BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək
Necə Bitcoin almaq olar?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
McDonalds haqqında maraqlı faktlar
"iPhone 15" modelinin üstünlükləri
Dünyanın ən zəngin idmançıları