"Bitcoin"in məzənnəsi 60 min dolları keçib
"Binance" platformasının Bakı vaxtı ilə saat 12:50-də əldə etdiyi məlumata görə, ticarət zamanı "Bitcoin"in dəyəri 6.34% artaraq 61 004 min dollara yüksəlib, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.
Avqustun 9-na keçən gecə kriptovalyutanın qiyməti 62 min dollara çatıb. "Ethereum" kriptovalyutası son 24 saat ərzində faiz baxımından təxminən 10% dəyər qazanıb. Bakı vaxtı ilə saat 11:50-ə olan məlumata görə, "Ethereum" 2671 dollar səviyyəsində ticarət olunur.
Bazar ertəsi, avqustun 5-də "Bitcoin"in qiyməti 50 min dollardan aşağı düşüb, kriptovalyuta 18% dəyər itirib ki, bu da 2021-ci ildən bəri ən böyük eniş olub. "Bloomberg"in yazdığı kimi, azalma ABŞ-nin iqtisadi perspektivləri ilə bağlı narahatlıqları əks etdirən səhmlərin qlobal satışının güclənməsi fonunda baş verir.
Bundan əlavə, Yaxın Şərqdə geosiyasi gərginlik artaraq investorların ehtiyatlılığını artırıb. Avqustun 6-da kriptovalyutanın düşməsi bir qədər yavaşlayıb. "Bitcoin" daha sonra 2.5% bahalaşaraq 55 765 dollar olub.
Avqustun 5-də Asiya-Sakit Okean regionunda birjalarda ticarət zamanı fond indeksləri çöküb. Səbəb Yaponiya Mərkəzi Bankının əsas uçot dərəcəsini 0-0.1%-dən 0.25%-ə qaldırmaq qərarından sonra başlayan səhmlərin qlobal satışı olub. Aparıcı Avropa indeksləri 2% azalıb.
"Bitcoin" 86 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətində bahalaşma qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin"in qiyməti son 24 saatda 1,88% artaraq 86 404,3
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsasən eniş müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap"də "Bitcoin" 2,09% ucuzlaşaraq 79 045,34 ABŞ dollarına enib. "Ethereum" sutka ərzində 1,58
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti ucuzlaşıb. "Bitcoin"in qiyməti 74 min dollardan aşağı düşüb. xəbər verir ki, "CoinMarketCap" platformasının məlumatına əsasən, "Bitcoin"i
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Bitcoin"in qiyməti son 8 ayın maksimum səviyyəsinə yüksəlib. xəbər verir ki, dünyanın əsas kriptovalyutası 3,7 faizdən çox artaraq 84 min 129 dolları keçib. "Bitcoin"in qiyməti cümə günündən bəri artı
"Bitcoin" yenidən 83 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətində bahalaşma qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin"in qiyməti son 24 saatda 0,87% artaraq 83 510,9
"Bitcoin" 83,6 min dollara yüksəlib - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətində müsbət dinamika qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin"in qiyməti son 24 saatda 0,40% artaraq 8
"Bitcoin" yenidən 76 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə artım müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 0,76% bahalaşaraq 76 383,51 ABŞ dollarına yüksəlib