"Bitcoin" 84 min dollara kimi ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətində ucuzlaşma qeydə alınıb.
FED.az xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin"in qiyməti son 24 saatda 1,69% azalaraq 84 122,74 ABŞ dollarına enib. Bununla belə, kriptovalyuta son 7 gündə 0,95%, son 30 gündə isə 5,70% bahalaşıb.
"Ethereum" 3,49% ucuzlaşaraq 2 608,05 dollara, BNB 1,91% azalaraq 766,64 dollara, "Zcash" 1,72% geriləyərək 1 317,63 dollara enib. "Monero" 0,72%, "Bittensor" 3,21%, "Solana" isə 1,65% dəyər itirib.
Qızıl əsaslı "PAX Gold" (PAXG) isə ümumi bazar dinamikasından fərqli olaraq 0,32% bahalaşaraq 4 148,09 dollara yüksəlib.
Analitiklər bildirirlər ki, kriptovalyuta bazarındakı geriləməyə ABŞ dövlət istiqrazlarının gəlirliliyinin yüksək səviyyədə qalması, geosiyasi gərginlik və investorların ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasəti ilə bağlı yeni siqnalları gözləməsi təsir göstərir. Bundan başqa, "Bitcoin"in qiymətinin 85,5 min dollardan 84 min dollardan da aşağı düşməsi fonunda bir saat ərzində 400 mln. dollardan çox uzun mövqenin likvidasiyası satış təzyiqini gücləndirib.

Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak edib
Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
Digital Card nədir?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Onlayn biznes ideyaları
Startup nədir və necə olur?