Biznes mühiti ilə bağlı sahibkarların və maraqlı tərəflərin məlumatlılıq səviyyəsinin artırılması müzakirə olunub
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyi, müvafiq işçi qrupların rəhbərləri və səlahiyyətli şəxslərin iştirakı ilə "Bakı KOB evi"ndə genişləndirilmiş iclas keçirilib.
İqtisadi Şuranın iclası keçirilib - Ölkəyə qaytarılmayan valyuta ilə bağlı müzakirələr aparılıb
FED.az xəbər verir ki, iclasda Azərbaycan Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Energetika Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi və digər dövlət qurumlarının nümayəndələri iştirak edib.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, tədbirin əsas mövzuları Dünya Bankı Qrupunun yeni nəşr olunan "Business Ready 2024" hesabatının metodologiyası və göstəricilərinin müzakirəsi, bu sahədə ölkəmizdə tətbiq olunan iqtisadi islahatların geniş kommunikasiyası və təbliğatı üzrə qarşıda duran prioritetlərin müəyyən edilməsidir.
İclasda qeyd olunub ki, Dünya Bankı Qrupu 2024-cü il 3 oktyabr tarixində "Business Ready 2024" hesabatını yayımlayıb. Hesabata əsasən 50 ölkənin biznes mühiti üzrə performans göstəriciləri müxtəlif alt-indikatorlar əsasında 5 kateqoriya üzrə geniş qiymətləndirilib. Dünya Bankı Qrupundan verilən məlumata əsasən, Azərbaycanın da daxil olacağı və növbəti ilin sentyabrında yayımlanacaq "Business Ready 2025" hesabatının tərtibi üzrə hazırlıqlara (respondentlərin müəyyən edilməsi, sorğuların cavablandırılması və s.) artıq başlanılıb.
Tədbirdə çıxış edənlər yeni "Business Ready 2024" hesabatının metodologiyası və göstəricilərinin spesifik xüsusiyyətləri barədə məlumat veriblər. Qeyd olunub ki, Dünya Bankı Qrupu tərəfindən 2022-ci ildən anonsu verilən "Business Ready" layihəsi ilə bağlı aparılan işlər diqqətlə izlənib, paralel olaraq Komissiya çərçivəsində aidiyyəti dövlət qurumları tərəfindən hazırlıq işləri (diaqnostika, məlumatlandırma, yeni islahat təşəbbüslərin irəli sürülməsi və s.) davam etdirilib.
Genişləndirilmiş iclasda bildirilib ki, yeni hesabatın mövzularının spesifik xüsusiyyətlərindən irəli gələrək intensiv şəkildə hədəf qrupları (aparıcı konsaltinq və hüquq şirkətləri, sahibkarlar, ekspertlər və s.) ilə kommunikasiya və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, dövlət xidmətləri, o cümlədən elektron və rəqəmsal xidmətlər barədə sahibkarların və maraqlı tərəflərin məlumatlılıq səviyyəsinin artırılması və məlumatlara əlçatanlıq imkanlarının daha da genişləndirilməsi qarşıda duran əsas prioritetlərdəndir.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Yatırım olmadan necə biznes qurmaq olar?
Fond birjası nədir?
İban nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Evdə biznes qurmağın yolları