​​​​​​​"Biznesdə qadınların gücü" layihəsi başa çatdı - FOTOLAR

​​​​​​​Üç qadın sahibkara biznes layihələrini inkişaf etdirmələri üçün 10 min manat həcmində maliyyə dəstəyi göstərilib.
3 qadın sahibkara maliyyə dəstəyi veriləcək - BİZNESDƏ QADINLARIN GÜCÜ
FED.az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "Rabitəbank" ASC-nin birgə təşkilatçılığı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və "Marsol Group"un tərəfdaşlığı ilə qadınların sahibkarlıq fəaliyyətinə təşviq olunması və onlara dəstək məqsədilə həyata keçirilən "Biznesdə qadınların gücü" layihəsi başa çatıb.
Layihənin yekunlarına həsr olunmuş tədbirdə müvafiq qurumların nümayəndələri və layihə iştirakçısı olan qadın sahibkarlar iştirak ediblər.
Tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qadınların sahibkarlığın inkişafında mühüm rol oynadığını və biznes fəaliyyəti ilə fəal şəkildə məşğul olduqlarını qeyd edib. Bildirilib ki, iqtisadiyyatın inkişaf prioritetləri və milli xüsusiyyətləri nəzərə alınmaqla qadın sahibkarlığının inkişafını təşviq etmək və bu sahədə zəruri tədbirlər görmək Agentliyin fəaliyyət istiqamətlərindəndir. KOBİA tərəfindən qadın sahibkarlığının inkişafının təşviqi, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artırılması və bu məqsədlə müvafiq dəstək alətlərinin yaradılması üzrə zəruri işlər həyata keçirilir. "Biznesdə qadınların gücü" layihəsi də belə dəstək tədbirlərindəndir. Layihə Bakıda və regionlarda biznes fəaliyyəti ilə məşğul olan qadın sahibkarların təcrübə qazanmasına və gəlirlərinin artmasına, qadınların sahibkarlıq fəaliyyətinə təşviqinə öz töhfəsini verəcəkdir.
"Rabitəbank bu cür layihələri qadınların məşğulluq imkanlarının genişləndirilməsi və özəl sektorun inkişafında rolunun artırılması məqsədilə həyata keçirir. Layihənin məqsədi də qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun artırılmasına dəstək göstərmək, onların işgüzar fəallığının artırılması, maarifləndirmə və güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində əlaqələrin qurulmasına şəraitin yaradılmasıdır. Əminəm ki, layihə iştirakçıları biznesdə uğur qazanmaq üçün imkanların geniş olduğunu nümayiş etdirməklə digər qadınlar üçün nümunə olacaq, onlara liderlik bacarıqlarını artırmaqda kömək edəcəklər"- deyə, "Rabitəbank" ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov çıxışında bildirib.
Tədbirdə layihənin tərəfdaşı olan qurumların - Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva və "Marsol Group"un direktoru Tural Mustafayev çıxış edərək layihənin əhəmiyyəti və layihə çərçivəsində qadın sahibkarlara göstərdikləri dəstək barədə fikirlərini bölüşüblər.
Layihəyə dair hesabatın təqdimatında məlumat verilib ki, 2022-ci ilin noyabrından start götürmüş layihədə iştirak etmək üçün 134 qadın sahibkar müraciət edib. Onların arasından müvafiq meyarlara uyğun olan, sənaye, kənd təsərrüfatı, ticarət və xidmət sahələrində fəaliyyət göstərən 23 iştirakçı seçilib. Layihə müddətində qadın sahibkarlar biznes biliklərinin artırılması üçün 10-dək müxtəlif təlimlərə cəlb edilib, onlara məsləhət xidməti və mentor dəstəyi göstərilib. Sahibkar qadınların dövlət qurumlarının nümayəndələri ilə görüşləri, Lənkəranda yerləşən çay plantasiyasına təcrübə səfəri də təşkil olunub.
Sonra Münsiflər Heyətinin qərarına əsasən seçilmiş 3 qadın sahibkarın adı açıqlanıb və onlara mükafatlar verilib. Təqdim etdiyi layihənin inkişaf etdirilməsi üçün 1-ci yerin qalibinə 5000 manat, 2-ci yerə 3000 manat və 3-cü yer isə 2000 manat təqdim olunub.
Həmçinin layihə iştirakçısı olan qadın sahibkarlara sertifikatlar, layihə müddətində onlara dəstək göstərmiş mentorlara təşəkkürnamələr və hədiyyələr verilib.
Tədbir çərçivəsində qadın sahibkarların məhsullarından ibarət kiçik sərgi də təşkil olunub.

Biznes     Tarix: 02 may 2023

Oxşar xəbərlər

Azərbaycanda dövlət satınalmalarında qanunvericiliyin tələbi 1 144 dəfə - POZULUB

Bu ilin birinci yarısında dövlət satınalmaları müsabiqəsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 1 144 yekun protokol ləğv edilib. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözlər

"Əmanətə Sədaqət" layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib - FOTOLAR

"Azərlotereya" ASC və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Əmanətə Sədaqət" layihəsi çərçivəsində bu il al

Azərbaycanda ən çox lisenziya verilən fəaliyyət sahələri açıqlandı

İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara 2026-cı ilin yanvar-iyul ayları ərzində 1191 lisenziya,  ümumilikdə isə 20 220 lisenziya verilib. İçərişəhərdəki məşhur restoranların sahibindən narazılıq - Müqavilələri uzadılmır

Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi fiziki şəxs Əsədov Zaur Valeh oğlubarəsində inzibati xəta protokolu tərtib edib. "Panda Baby" müştəriləri aldadır – UCUZ QİYMƏT QOYUB

Polşa Azərbaycana ticarət missiyası göndərəcək

Bu ilin noyabr ayında Polşanın biznesi nümayəndələrinin Azərbaycana ticarət missiyasının keçirilməsi planlaşdırılır. Polşa-Azərbaycan Ticarət Palatasına istinadən xəbər verir ki, nümayəndə heyətinin səfər tarixləri razılaşdırılm

"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"

İtaliya şirkətlərinin Azərbaycan və Mərkəzi Asiyaya köçürülməsi üzərində işlər aparılır. xəbər verir ki, bunu İtaliyanın FSI investisiya şirkətinin təsisçisi və baş icraçı direktoru Maurizio Tamaqnini Bakıda keçirilən I

33 illik şirkətdən ikinci dəfə - 47 MİN MANAT GÖTÜRÜLÜR

"Orbita-Market" MMC (VÖEN: 160060231) nizamnamə kapitalını yenidən azaldır. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalı 235 min manatdan 188 min manata – yəni 47 min manat azaldılır

"Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib"

"İki ölkə arasında tranzit daşımalarında artım müşahidə olunur. 2025-ci ildə daşımaların həcmi 6,7 faiz artıb və 1,4 milyon tona çatıb. Bu ilin yanvar-iyun aylarında da 12,2 faizlik artım qeydə alınıb və həmin göstəric

NEQSOL Holding dörd Brandon Hall Group Mükəmməllik Mükafatına - LAYİQ GÖRÜLÜB

NEQSOL Holding 2026-cı il "Brandon Hall Group HCM Excellence Awards" çərçivəsində "Gələcək iş"(Future of Work), "İnsan resurslarının idarə edilməsi" (Human Resources) və "Təlim və inkişaf"


iqtisadi xeberler valyuta kurslari bitcoin biznes xeberleri birbank