Blinken: "Çinin iqlim məsələlərində ABŞ ilə əməkdaşlığı dayandırması dünyaya təsir edəcək"
Pekinin iqlim məsələlərində Vaşinqtonla əməkdaşlığı dayandırması təkcə ABŞ-a deyil, bütün dünyaya, xüsusən də inkişaf etməkdə olan ölkələrə təsir edəcək.
Bu barədə ABŞ Dövlət katibi Entoni Blinken Filippində keçirilən mətbuat konfransında bildirib.
"İqlim sahəsində əməkdaşlığın dayandırılması ABŞ-ı yox, dünyanı, xüsusən də inkişaf etməkdə olan dünyanı cəzalandırmaqdır. Biz ölkələrimiz arasında fikir ayrılıqlarına görə qlobal məsələlərdə əməkdaşlığı "girov" etməməliyik", – E.Blinken deyib.
Amerikalı diplomatın fikrincə, iqlim məsələlərində əməkdaşlığın dondurulması bütün planet üçün müəyyən təsirlərə gətirib çıxaracaq. E.Blinken Çin və ABŞ-ın ümumi gündəliyinin bir sıra bəndləri üzrə əməkdaşlığın dayandırılmasını "məsuliyyətsiz addım" adlandırıb.
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin