"Bloomberg": Rusiya ilə Səudiyyə Ərəbistanı arasındakı ittifaq dünyada neftin qiymətini artırır

Böyük neft istehsalçıları Səudiyyə Ərəbistanı və Rusiya arasında imzalanan razılaşma enerji bazarına əhəmiyyətli təsir göstərməkdə davam edir. İki ölkənin ittifaqı neftin qiymətinin bir barel üçün 90 dollardan yuxarı yüksək səviyyədə qalmasına kömək edir, bu barədə "Bloomberg" məlumat yayıb.
Geosiyasət neft sənayesində dominant qiymət faktoru olaraq qalır. 2014-cü ildə OPEC kartelində yaranan fikir ayrılığından sonra qiymətlər aşağı düşüb. 2020-ci ildə qiymətlər Rusiya ilə Səudiyyə Ərəbistanı arasında yaranan mübahisə səbəbindən daha da enib. Amma Rusiyaya qarşı sanksiyaların tətbiqindən sonra birlik bərpa olunub.
Hazırda OPEC+ müqaviləsinin iki əsas iştirakçısı qiyməti 70 dollar səviyyəsində müəyyən edir. Bu, ölkələri geosiyasi risklərə daha az həssas edir.
Analitiklərin fikrincə, geosiyasi qeyri-sabitlik şəraitində iki enerji fövqəldövlətinin ittifaqı qlobal neft bazarında qiymətlərin formalaşması üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. Yüksək kotirovkalar yaxın gələcəkdə də davam edə bilər.
Ötən həftə ABŞ Energetika Nazirliyi 2023-cü il üçün Brent markalı neftin qiyməti ilə bağlı proqnozunda dəyişiklik edib. / banker.az

Xəbərlər     Tarix: 18 sentyabr 2023

Oxşar xəbərlər

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?

Korporativ Həyat Sığortası - Daha çox sığorta olunan, daha az sığorta haqqı. Korporativ Həyat Sığortası, işəgötürənlər tərəfindən işçilərinə və onların ailələrinə təqdim edilən sığorta növüdür. Korporativ Həyat Sığortas

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Dövlət qulluğunda vakant vəzifələr üzrə yeni qayda - müddət 1 il olacaq

Dövlət qulluqçusu hesab olunmayan şəxslərlə vakant vəzifə ilə bağlı müddətli əmək müqaviləsinin müddəti 1 ildən çox ola bilməz. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsini

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri


iqtisadi xeberler bitcoin leobank kart biznes ideyalari bitcoin qiymeti