BMT-dən Tacikistana çağırış: "Əfqanların deportasiyasını dayandırın"

BMT-dən Tacikistana çağırış: BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) əfqan qaçqınların Tacikistandan deportasiya edilməsindən narahatlığını bildirib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, avqustun 23-də Tacikistan hakimiyyəti üç uşaqlı ananı Əfqanıstana deportasiya edib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığın departament direktoru Elizabet Tan bildirib ki, Tacikistan qaçqınların saxlanmasını və deportasiyasını dayandırmalıdır.
Məlumata görə, Əfqanıstanda "Taliban" hərəkatı hakimiyyətə gəldikdən sonra Tacikistana 5,7 min nəfər əfqan qaçqını gəlib.
BMT bütün ölkələri əfqan vətəndaşlarının öz vətənlərinə məcburi qaytarılmasını dayandırmağa çağırıb.
Qeyd edək ki, Əfqanıstanda hazırkı hökumət əsasən puştunlardan ibarətdir və 40 postdan yalnız ikisini taciklər tutur.
Tacikistan prezidenti Emomali Rahmon dəfələrlə "Taliban"ı Əfqanıstandakı taciklərin hüquqlarına məhəl qoymamasına görə tənqid edib. Onun sözlərinə görə, etnik taciklər Əfqanıstan əhalisinin 46%-dən çoxunu təşkil edir.
İqbal Rzayev,
KONKRET.az

Xəbərlər     Tarix: 26 avqust 2022

Oxşar xəbərlər

Fransa bizdən neft alışını 3 dəfədən çox artırıb

Azərbaycan Fransaya 281 min 055,52 ton xam neft ixrac edib. xəbər verir ki, 2025-ci ilin yanvar-oktyabr aylarını əhatə edir. Dövlət Gömrük Komitəsiin hesabtına görə, bu miqdarda məhsulun dəyəri 143 milyon 049,38 min ABŞ dollar

Avstraliya Ehtiyat Bankı faiz dərəcələrini sabit saxlaya bilər

Avstraliya Ehtiyat Bankı (RBA) 3–4 noyabr tarixli siyasət iclasının protokollarını açıqlayaraq, daxil olan iqtisadi məlumatların gözləniləndən daha güclü olması halında nağd pul faiz dərəcəsini hazırkı səviyyədə saxlaya biləcəyin

Türkiyə boru kəməri ilə qaz idxalını 7 faiz artırıb

Türkiyə 2025-ci ilin sentyabr ayında boru kəməri qaz idxalını 7 faiz artıraraq 3,213 milyard kubmetrə çatdırıb ki, bu da ilk doqquz ayla müqayisədə 14 faiz artım deməkdir və 30,705 milyard kubmetrə çatıb. xəbər verir ki

"Faiz dərəcələrinin endirilməsində ehtiyatlı olmalıyıq"

Fed-in vitse-sədri Filip Cefferson bildirib ki, pul siyasəti neytrallığa yaxınlaşdıqca faiz dərəcələrinin endirilməsi "yavaş-yavaş irəliləməlidir". Cefferson, əmək bazarında artan risklər və inflyasiyanın "bi

Neftin qiyməti yüksəlib

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin qiymətində yüksəliş var. xəbər verir ki, Azərbaycan neftinin qiyməti artıb. Qeyd edək ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,07 ABŞ dolları və ya 0,1

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Qızılın qiyməti düşüb

Qızılın qiymətində enmə var. xəbər verir ki, qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. Belə ki, əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. Nyu-Yorku

Buğda idxalı 1 milyon tonu keçdi

Azərbaycan 1 009 614.31 ton buğda idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarını əhatə edir. Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu həcmdə buğdanın dəyəri 217 milyon 691 min ABŞ dollar

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb


iqtisadi xeberler biznes ideyalari kicik biznes bitcoin qiymeti investisiya