"BOKT Caspian İnvest"in kredit portfeli artıb
"BOKT Caspian İnvest" MMC 2023-cü ili 354 min 865 manat xalis zərər ilə başa vurub. Təşkilat 2022-ci ili 62 min 365 manat xalis zərər ilə bağlamışdı. Beləliklə, ötəni il "BOKT Caspian İnvest"in xalis zərəri 5,7 dəfə artıb.
Marja.az xəbər verir ki, "BOKT Caspian İnvest"in faiz gəlirləri 2022-ci ildə 45 min 332 manat ikən, 2023-cü ild 6 min 327 manat təşkil edib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Ötən il "BOKT Caspian İnvest"in kredit portfeli 231 min 604 manat və ya 68,4% artaraq 570 min 399 manata çatıb.
2023-cü ildə "BOKT Caspian İnvest"in pul vəsaitləri 87 dəfədən çox artaraq 1 milyon 210 min manatı ötüb. Vəsait təsisçilərdən və digər fiziki şəxslərdən cəlb olunub.
"BOKT Caspian İnvest" MMC-nin payçıları Şərifov Nurlan Hikmət oğlu (50%) və Salmanov İbrahim Elşən oğludur (50%).



"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Marketinq nə demədir?
Start-up nədir?
Yatırım olmadan necə biznes qurmaq olar?