BP "Şahdəniz"də gündəlik hasilatı 72 milyon kubmetr səviyyəsində saxlamağı planlaşdırır

BP Hazırda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağında gündəlik təxminən 72 milyon kubmetr qaz hasil olunur və bu səviyyəni bir neçə il ərzində saxlamağı planlaşdırılır.
Bu barədə BP şirkətinin Xəzər və Yaxın Şərq regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli CBC TV-yə müsahibəsində bildirilib.
Onun sözlərinə görə, yeni layihələr hesabına bu səviyyəni bir neçə il ərzində saxlamağı çalışılacaq.
B. Aslanbəyli bildirib ki, 2023-cü ilin yekunlarına əsasən Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağında 26 milyard kubmetr qaz və 4 milyon ton kondensat hasil edilib: "Şirkət yataqdan təbii qaz hasilatını fantastik səviyyədə olan istehsal göstəricisi ilə davam edir. Bizim əməliyyatların məhsuldarlığı 100% təşkil edir. Bu, hazırda imkanların faktiki olaraq maksimum həddidir, yəni qaz ehtiyatları hasilatının pik həddinə çatmışıq".
O əlavə edib ki, hazırda "Şahdəniz" yatağının şərq cinahında SDX-8 kəşfiyyat quyusunun qazılması üzrə məlumatların izahı ilə bağlı işlər aparılır. "Artıq izahın nəticələrinə əsasən "Şahdəniz" yatağının dərin qatlarındakı qazın həcmi barədə fikir bildirmək mümkün olacaq. Hazırda bizim və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mütəxəssisləri həcm və bu resursların necə ixrac olunması planları haqqında ümumi məxrəcə gəlmək üçün müxtəlif ssenariləri öyrənirlər".
Xatırladaq ki, "SDX-8" kəşfiyyat quyunun qazılmasına ötən ilin yanvarında başlanılıb. "SDX-8" quyusu "Heydər Əliyev" adına yarımdalma qazma qurğusu vasitəsilə qazılır. Qurğu bu quyunun "Şahdəniz" yatağının şərq cinahında yerləşən qazma ərazisinə 2022-ci ilin dekabr ayında gətirilib.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.
"Şahdəniz" üzrə iştirak payları belədir: BP (operator – 29.99%), "Lukoil" (19.99%), TPAO (19%), NİKO (10%), "Cənub Qaz Dəhlizi" (21.02%). / banker.az

Xəbərlər     Tarix: 14 fevral 2024

Oxşar xəbərlər

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB


iqtisadi xeberler telefonla pul qazanmaq iqtisadiyyat xeberleri bitcoin en son xeberler