Braziliya Bankının müştəriləri vergiləri kriptovalyuta ilə ödəyə biləcəklər
Braziliyanın ən böyük və ən qədim banklarından biri ölkə sakinlərinə vergiləri kriptovalyuta ilə ödəməyi təklif edib. "Banco do Brasil" tərəfindən fevralın 11-də yayımlanan açıqlamaya görə, Braziliya kriptovalyuta şirkəti "Bitfy" ilə birgə təşəbbüsün bir hissəsi olaraq bildirib ki, artıq vergiləri kriptovalyuta ilə ödəmək mümkündür.
Banker.az bu barədə "Vc.ru"ya istinadən xəbər verir.
Bu xidmət kriptovalyutaların saxlanması və qəbul edilməsi tərəfdaşı kimi çıxış edəcək "Bitfy" ilə əməkdaşlıq sayəsində mümkün olub. Bank vurğulayıb ki, istifadəçi təcrübəsini təkmilləşdirməyə yönəlmiş bu xidmətlə yanaşı, müştərilərin rahatlığı və təhlükəsizliyi standartları çərçivəsində rəqəmsal aktivlərin daha geniş yayılması planlaşdırılır.
Açıqlamada deyilir ki, kriptovalyuta istifadəçiləri üçün proses çox sadə olacaq: ekranda vergi haqqında məlumat, habelə ödəniş üçün seçilmiş kriptovalyutaya çevriləcək Braziliya realının məbləği görünəcək.
Daha əvvəl Braziliya şəhər səviyyəsində kriptovalyutalardan istifadə edərək vergi ödəmək xidmətini işə salmışdı – 2022-ci ilin oktyabrında Rio-de-Janeyroda.
2022-ci ilin dekabrında Braziliya kriptovalyutaların ölkədə ödəniş üsulu kimi istifadəsini qanuniləşdirən qanunvericilik bazasını qəbul edib.
Bundan əvvəl, 2022-ci ilin may ayında Braziliya vətəndaşlarına kriptovalyutalarla aparılan əməliyyatlara görə vergi ödəməli olduqları bildirilib. Bununla belə, Braziliyadakı bütün kriptovalyuta investorlarından əməliyyatlarını bəyan etmələri tələb olunmur. Tənzimləyici müəyyən edir ki, yalnız 35 000 realdan başlayaraq (təxminən 6 711 ABŞ dolları) kriptovalyuta ticarəti edən investorlar gəlir vergisi ödəməlidirlər.

KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının aktivləri 62 milyard manatı keçib – 8 ayda 950 milyon manata yaxın xalis mənfəət
"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Yatırım olmadan necə biznes qurmaq olar?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Digital Card nədir?